Modern.az

Şəhidlərin məzarı ziyarət olunub

Şəhidlərin məzarı ziyarət olunub

24 Sentyabr 2021, 10:56

Azərbaycan Prezidentinin “Anım gününün təsis edilməsi haqqında” sərəncamına əsasən, hər il 27 sentyabrın Anım günü kimi qeyd edilməsi ilə bağlı bölgələrdə ziyarət tədbirləri keçirilməkdədir.

Modern.az xəbər verir ki, sentyabrın 21-22-23-də Füzuli rayon ərazisində dəfn olunan, vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin məzarları ziyarət olunub.
Şəhidlərə hörmət və ehtiram mərasimlərində icra başçısı Alı Alıyev və hüquq-mühafizə orqanlarının rəhbərləri də iştirak ediblər.

İcra başçısı və tədbir iştirakçıları şəhidlərin ailə üzvləri ilə görüşərək, onların problemləri, qayğıları ilə maraqlanıb.

Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya  öz dərin minnətdarlıqlarını bildiriblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...