Arxiv
24 Sentyabr 2021, 17:06 | AKTUAL
BMT-də Ermənistanı bütün mina xəritələrini verməyə çağırdılar

Cenevrədə yerləşən və BMT-də akkreditə olan Beynəlxalq Hüquq və İnkişaf İnstitutunun (IRDG) proqram koordinatoru Coel Fuks BMT-nin İnsan Hüquqları Şurasının 48-ci sessiyasının 14-cü iclasında Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi və ekoloji cinayətlərdən danışıb.

 

“Ekoloji cəhətdən əsaslandırılan sağlam nizamlamanın, təhlükəli maddələrin və tullantıların ləğv edilməsinin insan hüquqları üçün nəticələri”nə dair xüsusi məruzəçi ilə aparılan interaktiv dialoq zamanı çıxış edən xanım Fuks bildirib ki IRDG təhlükəli tullantıların, əsasən də torpaqlarda yerləşdirilmiş mina çirklənməsinin təsirindən ciddi narahatdır. Çünki bu, kənd təsərrüfatı sahələrinin geniş ərazilərinin istifadəsiz qalması ilə nəticələnir, ətraf mühitə, qida istehsalına ciddi təsir göstərir və yaşam vasitələrinin mənbələri məhv olur.

 

Bildirilib ki, təmsil etdiyi qeyri-hökumət təşkilatı İnsan Haqları Şurasını və beynəlxalq ictimaiyyəti Cənubi Qafqazdakı insanları və ətraf mühiti qorumaq naminə əlavə tədbirlər görməyə, sülh və sülhməramlı səyləri dəstəkləməyə çağırır. “IRDG bölgədə əməkdaşlığın artırılmasına çağırır və Ermənistan hökumətindən qalan minaların yeri barədə Azərbaycan hökumətinə məlumat təqdim etməsini xahiş edir. Minaların asanlıqla  zərərsizləşdirilməsinin mümkün olduğu vaxtda daha çox insan itkisinə və yaralanmalara səbəb olmaq ədalətsizlikdir“, - deyə koordinator əlavə edib.

 

Nəzərə çatdırılıb ki, mina xəritələrinin olmaması bir sıra mənfi sosial-iqtisadi və ekoloji nəticələrə səbəb ola bilər, çünki mina yerlərinin tapılmasının əməliyyat və maddi-texniki xərcləri ölkə və donor təşkilatlar üçün çox yüksək olacaq. Bu isə inkişaf sahəsinin gündəminə təzyiqi artıra, yaşamaq hüququna zərər vura və bölgənin ekoloji profilini dağıda bilər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Özbəkistan və Əfqanıstan rəsmiləri görüşdü   17 Oktyabr 2021, 09:35 Zeynəb Xanlarova HARALARDADI... 17 Oktyabr 2021, 09:24 Ermənistanda infilyasiya rekord vurdu 17 Oktyabr 2021, 09:19 ABŞ-da şənlik iştirakçıları atəşə tutuldu 17 Oktyabr 2021, 09:09 İvanişvilinin biznes mərkəzi qarşısında etiraz aksiyası 17 Oktyabr 2021, 08:58 Qardaş ölkədə ağır qəza 17 Oktyabr 2021, 08:49 Ermənistan yenə YALAN məlumat yayıb 17 Oktyabr 2021, 01:12 İtaliyada faşizmə qarşı 200 minlik AKSİYA 17 Oktyabr 2021, 00:51 Gənclər Gəncə terrorunun qurbanlarını yad etdilər 17 Oktyabr 2021, 00:34 XİN-dən Gəncə terroru ilə bağlı PAYLAŞIM 17 Oktyabr 2021, 00:32 Ermənilərin Gəncə və Mingəçevirə raket atmasından 1 İL KEÇİR 17 Oktyabr 2021, 00:19 Quantanamodakı yeganə əfqan məhbus azadlığa çıxacaq 17 Oktyabr 2021, 00:10 Füzulinin işğaldan azad edilməsindən 1 İL ÖTÜR 17 Oktyabr 2021, 00:00 Tehranın narkotrafikdəki ortaqları - Koçaryan, Sarkisyan… 16 Oktyabr 2021, 23:55 Nazirdən qızıl medal qazanan cüdoçuya təbrik 16 Oktyabr 2021, 23:44 Şuşadan Bakıya ilk ZƏNG 16 Oktyabr 2021, 23:33 Türkiyənin yetkin əhalisinin 76%-i tam peyvəndlənib 16 Oktyabr 2021, 23:25 Xəzər dənizində zəlzələ  16 Oktyabr 2021, 22:48 Ərdoğanla Merkel arasında koalisiya POLEMİKASI 16 Oktyabr 2021, 22:26 “Böyük dəbilqə”: Komandamız daha bir medal qazandı 16 Oktyabr 2021, 22:08 Braziliyada qayıq batdı - Ölənlər var 16 Oktyabr 2021, 21:53 ABŞ-dan öldürdüyü şəxslərin ailələrinə təzminat TƏKLİFİ 16 Oktyabr 2021, 21:35 Yük maşınlarını qəzalardan qorumaq üçün bu qurğudan istifadə edilməlidir - Taxoqraf nədir? 16 Oktyabr 2021, 21:09 IDEA ilə Ümumrusiya Təbiəti Mühafizə Cəmiyyəti arasında saziş - FOTO 16 Oktyabr 2021, 21:05 Həmədan eşşəyinin quyruğu... 16 Oktyabr 2021, 20:56 Qatar gənc oğlanı vurub öldürdü 16 Oktyabr 2021, 20:33 Sedat Peker üçün 392 il həbs TƏLƏBİ   16 Oktyabr 2021, 20:29 Bəzi iqtisadi rayon adlarında DƏYİŞİKLİK 16 Oktyabr 2021, 20:16 Cüdoçumuz qızıl medal qazandı 16 Oktyabr 2021, 20:02 Almaniya və Türkiyə "Taliban"la bağlı razılığa gəldi 16 Oktyabr 2021, 19:36 Hikmət Hacıyev: “Prezidentin yenidənqurma-bərpa layihələri misilsizdir” 16 Oktyabr 2021, 19:27 Meşələrin İnkişafı Xidmətində yoxlamalar 16 Oktyabr 2021, 19:11 İspaniyalı diplomat Azərbaycana gəlir 16 Oktyabr 2021, 18:56 İşçilərin maaşı gecikdirilib - Xidmət AŞKARLADI 16 Oktyabr 2021, 18:41 Əməkhaqları və pensiyaların artırılması ilə bağlı işlərə başlanılıb - Nazirlik 16 Oktyabr 2021, 18:33