Modern.az

Şahmatçılarımız Avropa kubokunda bürünc medal qazandılar

Şahmatçılarımız Avropa kubokunda bürünc medal qazandılar

24 Sentyabr 2021, 23:22

Makedoniyanın Struqa şəhərində kişi şahmatçılar arasında klublararası Avropa kuboku yarışında Azərbaycan komandası bürünc medal qazanıb.

 

Modern.az xəbər verir ki, Azərbaycanı təmsil edən “Vüqar Həşimov” komandası 7-ci turda turnirin favoriti Makedoniyanın “Alkaloid” komandasını məğlub edib.

 

Xalların sayını 11-ə çatdıran komandamız 3-cü yeri tutub.

 

Xatırladaq ki, kişilərin yarışında 38 komanda mübarizə aparır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı