Arxiv
25 Sentyabr 2021, 13:35 | AKTUAL
Kişi arvadını “Instagram” parolunu vermədiyinə görə ÖLDÜRDÜ

Emin və Firuzə (adlar şərtidir) 2009-cu ildə ailə həyatı qurublar. Onların bu nikahdan iki övladları dünyaya gəlib. Firuzə həm də Eminin anasının xalası nəvəsidir, yəqin qohum olduqlarına görə qızı bəyənib ailələrinin bir üzvü ediblər. Onlar Bakının Suraxanı rayonu, Əmircan qəsəbəsində yaşayıblar, eyni həyətdəki digər evdə Eminin atası və anası da yaşayıb. Bir neçə il – 2020-ci ilin yay ayına qədər ailədəki münasibətlərdə gündəlik qayğılar, ailə ehtiyacları prioritetdir. Ancaq 2020-ci ilin yayı ailədə isti münasibətlərin hərarətini artırmır, əksinə, bu tarixdən etibarən münasibətlərdə soyuqluq yaranır. Sonluq isə qanla bitir, Emin Firuzəni həyatdan məhrum edir...

 

Modern.az Oxu.Az-a istinadən xəbər verir ki, 2020-ci ilin yay aylarında Emin həyat yoldaşının “Instagram” sosial şəbəkəsində başqa kişilərlə yazışdığından şübhələnir, lakin əlində fakt olmadığı üçün məsələni çox da qabartmır.

 

Bir neçə gün keçir, Eminin beynini şübhələr dağıdır, artıq o, Firuzəyə güvənmir. Gecə saatlarında Firuzədən şübhələnir, yataq otağına keçib telefonu onun əlindən alır.

 

Həmin vaxt Firuzə “Instagram”dan çıxa bilmədiyi üçün ekranda “Həsən” adlı profili və həmin oğlanla ikisinin birlikdə şəkillərini görür. Qadın ərinə guya şəkilləri montaj etdiyini, həmin oğlanı tanımadığını, həmçinin “Instagram”da qrup açdıqlarını, orada hamının danışdığını deyir.

 

Lakin ər hirslənir, əsəbini arvadını döyməklə çıxır.

 

Ər-arvad arasındakı münasibətlər gərginləşir. Emin 2021-ci ilin 30 yanvarında gecə saatlarında Firuzənin əlində yenidən telefonu alır.  

 

Telefona baxdıqdan sonra arvadının “Instagram” sosial şəbəkəsində “Qaqaş Seyfəlov” adlı şəxslə yazışdığını görür və Firuzəni döyür.

 

Daha sonra anası və qayınanasını çağırıb vəziyyəti izah edir. Bu zaman Firuzənin anası qızını döymək istəyir, lakin Emin buna imkan vermir. Sakitlik üçün razılıq əldə olunur, lakin bu, çox qısamüddətli nisbi sakitlik idi.

 

2021-ci ilin fevralın 1-də saat 18 radələrində Emin evə gəlib yoldaşından “Instagram” parolunu soruşur.

 

Firuzə isə parolu demir, aralarında mübahisə yaranır. Ər bu dəfə arvadını öldürməyi qərara alır. Döyür, sonra cinayətkar niyyətini tamamlamaq üçün mətbəxdən götürdüyü bıçaqla Firuzəyə yeddi bıçaq zərbəsi endirir.

 

Övladları isə səs-küyü eşitmirlər, çünki onlar Eminin atasının evində hər şeydən xəbərsiz idilər.

 

Emin vəziyyət barədə atasına danışır, arvadını öldürmə səbəbəni deyir. Anası da gəlir, qərara alırlar ki, məsələ barədə Firuzənin anasını da məlumatlandırsınlar. Ancaq birdən-birə, qəfil yox, buna görə də, zəng edib Firuzənin anasını evə çağırırlar.

 

Firuzənin anası gəlir, Eminin qonaq otağında yerdə uzanıb əllərini başının altına qoyaraq tavana baxdığını görür.

 

Ondan nə üçün yerdə uzandığını, özünü necə hiss etdiyini soruşanda arxadan kimsə ona “sən hələ həyətdəkinə bax, bundan beş betəri həyətdədir” deyir. Ana həyətə baxanda qızının meyitini görür...

 

Emin istintaqa ifadəsində hadisədən peşman olduğunu desə də, bu, onun cəzasının yüngülləşməsinə əsas vermir.

 

Emin Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il 22 sentyabr tarixli hökmü ilə 10 il altı ay müddətinə azadlıqdan məhrum edilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Unudulan deputatlar: Səlahiyyətlərini başa vura bilməyən məşhur ƏLİYEVÇİ - FOTOLAR 22 Oktyabr 2021, 08:36 Kraliça xəstəxanaya yerləşdirildi 22 Oktyabr 2021, 08:22 Şəhid xanımının öldüyü qəzadan FOTOLAR 22 Oktyabr 2021, 08:15 Bu gün parlamentdə xüsusi iclas keçiriləcək 22 Oktyabr 2021, 08:04 Payızda yaz HAVASI 22 Oktyabr 2021, 07:57 Vətən müharibəsi xronikası - Bu gün Azərbaycan və İran sərhədi tam nəzarətə götürülüb 22 Oktyabr 2021, 07:50 Putindən sərhəd məsələsi barədə AÇIQLAMA 22 Oktyabr 2021, 00:56 Daha bir ölkə yerli raketini kosmosa göndərdi 22 Oktyabr 2021, 00:45 Putin Ərdoğanın bəyanatına münasibət bildirdi 22 Oktyabr 2021, 00:37 UEFA-dan "Qarabağ" PAYLAŞIMI 22 Oktyabr 2021, 00:32 Qırğızıstandan “Bayraktar” SİFARİŞİ 22 Oktyabr 2021, 00:27 Putin Zəngəzur dəhlizindən DANIŞDI 22 Oktyabr 2021, 00:10 İranla sərhədin tam nəzarətə götürülməsindən 1 İL KEÇİR 22 Oktyabr 2021, 00:06 Türkiyə əhalisinin 77%-i tam peyvəndlənib 21 Oktyabr 2021, 23:52 Putin Qarabağdan danışdı: “İlham Əliyev müdriklik nümayiş etdirdi” 21 Oktyabr 2021, 23:38 "Qarabağ" qələbəyə layiq idi" 21 Oktyabr 2021, 23:24 “Aufiderzeyn”: Merkel sonuncu dəfə Aİ sammitində iştirak edir 21 Oktyabr 2021, 22:51 "Qarabağ" "Kayrat"la oyunu qələbə ilə başa vurdu - YENİLƏNİB 21 Oktyabr 2021, 22:39 Sahibə Qafarova ATƏT PA-nın sədri ilə görüşdü - FOTO 21 Oktyabr 2021, 22:22 İngilis deputatı öldürən şəxs İŞİD-i dəstəkləyirmiş 21 Oktyabr 2021, 22:16 Pakistan XİN başçısı Kabilə səfər etdi 21 Oktyabr 2021, 21:48 Saakaşvilinin atasını infarkt vurdu 21 Oktyabr 2021, 21:31 Zığda ağaclıq ərazidə YANĞIN 21 Oktyabr 2021, 21:14 Xərçəngdən sağalan zabitə mənzil verildi - FOTO 21 Oktyabr 2021, 21:07 Sahibə Qafarova İsveçrəli həmkarı ilə görüşdü - FOTO 21 Oktyabr 2021, 20:46 Dünyada COVID-dən ölən tibb işçilərinin SAYI 21 Oktyabr 2021, 20:40 Sahibə Qafarova Avropa Konfransında çıxış etdi - VİDEO 21 Oktyabr 2021, 20:21 Efiopiya Tiqray bölgəsinə yenə zərbələr endirdi 21 Oktyabr 2021, 20:11 Polisə tabe olmayan sürücüyə HƏBS 21 Oktyabr 2021, 19:51 Elnur Əşrəfoğlu “Qarabağ”ın oyunundan əvvəl anıldı 21 Oktyabr 2021, 19:50 Zəngəzur dəhlizi Zəngilanın əhəmiyyətini daha da artıracaq 21 Oktyabr 2021, 19:41 "Qarabağ" və "Kayrat"ın start heyətləri  21 Oktyabr 2021, 19:26 Zaxarova “3+3”dən danışdı: “Tezliklə tətbiqinin tərəfdarıyıq” 21 Oktyabr 2021, 19:20 Əli İnsanovun partiyası qeydiyyata alındı 21 Oktyabr 2021, 19:15 Kikboksçumuz 26-cı dəfə dünya çempionu oldu 21 Oktyabr 2021, 19:06