Modern.az

Obama türk iş adamının sualını cavabladı: \"Öləndə bunları xatırlayacağam...\"

Obama türk iş adamının sualını cavabladı: \

26 Sentyabr 2021, 09:15

ABŞ-ın 44-cü Prezidenti Barack Obama, "Insider: böyümə, idarəetmə" platforması tərəfindən təşkil edilən "Reshape 21" konfransında danışarkən şirkətin qurucularından biri, türk əsilli Hande Çilingirin sualını cavablayıb.

 

Modern.az "Sözcü"yə istinadla xəbər verir ki, türk əsilli Hande Çilingirin "son nəfəsinizdə hansı anları xatırlamaq istərdiniz?" sualına eks ABŞ prezidentinin cavabı birmənalı olub.

 

Keçmiş prezident "yəqin ki, siz prezident seçildiyim, qalib gəldiyim anı düşüncəksiniz, amma belə deyil" cavabını verib:

 

"Amma yox, qızlarımın əlindən tutub parka apardığımı, həyat yoldaşımı qucaqladığım anları xatırlayacağam. Bilirsiniz, çoxlu sayda həyatda müvəffəqiyyət qazanan, varlı insanlar tanıyıram. Elə onlar da bu cür düşünür. Son məqamda ailə və dostlarla keçirdiyiniz ən dəyərli anları xatırlayacaqsınız. Çünki ən dəyərli anlar elə onlardır... Öləndə, son nəfəsdə məhz bunlar xatırlanır, uğurlu karyera addımları yox...".

Turan

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?