Modern.az

Yuxarı Gövhər Ağa məscidində şəhidlər anılıb - VİDEO

Yuxarı Gövhər Ağa məscidində şəhidlər anılıb - VİDEO

Aktual

27 Sentyabr 2021, 09:35

Ermənistanın 2020-ci il sentyabrın 27-də ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə başladığı Vətən müharibəsi Şanlı Qələbə ilə başa çatdı. Otuz ilə yaxın işğal altında olan torpaqlarımız şəhidlərimizin - əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edildi. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizə dərin ehtiram əlaməti olaraq sentyabrın 27-si ölkəmizdə Anım Günü kimi qeyd olunur.

 

Modern.az xəbər verir ki, şəhidlərimizin xatirəsi sentyabrın 27-də respublikamızın hər tərəfində olduğu kimi, işğaldan azad olunan Şuşa şəhərində - Yuxarı Gövhər ağa məscidində də ehtiramla anılıb. Dindarlar namaz qılaraq, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxuyublar.

 

Bildirilib ki, Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitləri respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərərək qanları və canları bahasına torpaqlarımızı işğaldan azad ediblər. Xalqımız qəhrəman oğul və qızlarımızın şücaətini yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı