Arxiv
27 Sentyabr 2021, 10:51 | QARABAĞ
Müharibənin bir ili: Ermənilər nə düşünür?

2020-ci il sentyabrın 27-si Qarabağ münaqişəsinin gedişatında əsaslı dönüş etdi. Azərbaycanın başladığı əks-hücum əməliyyatı nəticəsində 30 il Qarabağı işğalda saxlayan Ermənistan ordusu 44 gün ərzində tamamilə darmadağın edildi və kapitulasiya etdi.

 

Beləliklə, 27 sentyabr Ermənistanda təqvimin məğlubiyyəti xatırladan çoxsaylı günlərindən birinə çevirilib.

 

Rusiyanın “Moskovski Komsomolets” qəzetinin əməkdaşı II Qarabağ Müharibəsinin başılanmasının 1-ci ildönümü ilə bağlı Ermənistan və Qarabağın sülhməramlıların müvəqqəti nəzarəti altındakı ərazisinə səfər edərək cəmiyyətin əhval-ruhiyyəsini və müharibə barədə fikirlərini öyrənməyə çalışıb.

 

“Ötən qışla müqayisədə erməni cəmiyyəti sakitləşib. Amma müharibənin başlanmasının və onun nəticələrinin səbəblərini adekvat analiz edən yoxdur”. Bunu Yerevanda yerləşən Qafqaz İnstitutunun elmi işçisi Qrant Mikaelyan söyləyir.

 

Ekspert Qarabağ məğlubiyyətinin Ermənistan üçün sarsıdıcı olduğunu təkrarlayıb:

 

“Son 30 il ərzində hazırlanan ordu darmadağın oldu, məğlubiyyətdən isə nəticə çıxarılmadı. Halbuki bu barədə müzakirələr hələ müharibənin ilk günlərində aparılmalı idi. Amma görünən odur ki, indi də nəticə çıxarmaq ehtyacı yoxdur. İctimai müzakirələrdə müxtəlif fikirlər – Paşinyanın ünvanına şəxsi ittihamlardan tutmuş Dağlıq Qarabağın hələ 1990-cı illərdə Azərbaycana qaytarılmalı olduğuna dair fərqli versiyalar səsləndirilir”.

 

Ermənistanlı jurnalist David Qalstyan isə sülhməramlıların nəzarət etdiyi ərazidə yaşayan ermənilərin problemlərinə toxunub:

 

“Ən böyük problem insanların yerləşdirilməsi ilə bağlıdır. Tikinti işlərinin əsas hissəsi Xankəndidə aparılır. Ora Hadrut və Şuşadan olan ermənilər köçürülməlidir. Digər ərazilərdə də yeni qəsəbələr salınır amma boş torpaq çox azdır. Bundan başqa, bir çox yaşayış məntəqələri Azərbaycan Ordusunun mövqelərinə çox yaxındır. Su və elektrik enerjisi ilə bağlı problem də ciddidir. Əvvəl, Qarabağdan Ermənistana da elektrik enerjisi verilirdi. Amma müharibədən sonra əksər Su Elektrik Stansiyaları itirildi. Bundan başqa, kənd təsərrüfatı üçün geniş əkin sahələrindən də artıq istifadə etmək mümkün deyil”.

 

Jurnalistin fikrincə, hazırda Qarabağ ermənilərinin əksəriyyəti Ermənistana və xarici ölkələrə köçmək istəyir:

 

“Hər şey təhlükəsizlik məsələsinə söykənir. İndi təhlükəsizliyi rusiyalı sülhməramlılar təmin edir. Amma onlar regionda nə vaxta qədər qalacaqlar? Bu suala cavab yoxdur. Qarabağdan Ermənistana köçənlərə isə dövlət yardım etmir. Onlar əhalinin Qarabağda qalmasında maraqlı olduqları üçün bunu edirlər”, - deyə jurnalist söyləyir.

 

Müharibədə sarsıdıcı məğlubiyyətə uğrasa da, Ermənistanda hələ də məğlubiyyətin miqyasını və Qarabağ münaqişəsinin tarixin arxivinə göndərildiyini dərk etməyən qüvvələr mövcuddur.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sabirabaddakı qətlin istintaqı YEKUNLAŞDI 25 Oktyabr 2021, 14:55 Daha bir erməni izi: Bakı-Naxçıvan dəmir yolunda ağac bitib - FOTO 25 Oktyabr 2021, 14:45 “Teleradio” İstehsalat Birliyinə baş direktor təyin edildi 25 Oktyabr 2021, 14:36 Prezident və Birinci xanım Qubadlı ictimaiyyəti ilə GÖRÜŞDÜ 25 Oktyabr 2021, 14:30 Azərbaycan Müqəddəs taxt-tacda səfirlik açır 25 Oktyabr 2021, 14:25 Yasamalda narkotik əməliyyatı - 15 nəfər saxlanılıb (VİDEO) 25 Oktyabr 2021, 14:20 11 yaşlı azərbaycanlı qız Finlandiya çempionu olub 25 Oktyabr 2021, 14:15 “Qubadlı” yarımstansiyasının açılışı oldu 25 Oktyabr 2021, 14:10 İrəvandan YENİ TƏXRİBAT: Qarabağa 300 milyon ayıracaq 25 Oktyabr 2021, 14:05 İlham Əliyev Ermənistanla sərhəddə hərbi hissənin AÇILIŞINDA 25 Oktyabr 2021, 14:00 Xanlıq-Qubadlı yolunun təməli qoyuldu 25 Oktyabr 2021, 13:56 Prezidentlə xanımı QUBADLIDA 25 Oktyabr 2021, 13:51 “Delimitasiya üçün Xalq Cümhuriyyətinin xəritəsi əsas götürülsün!” – TƏKLİF 25 Oktyabr 2021, 13:45 Ankarada kompozisiya təqdim olundu 25 Oktyabr 2021, 13:40 Koronavirus xəstəsi evi TƏRK ETDİ 25 Oktyabr 2021, 13:34 Ombudsman Ermənistan cinayətlərindən DANIŞDI 25 Oktyabr 2021, 13:28 Şənbə-bazarın yol terroru - 8 qəza, 8 ölü 25 Oktyabr 2021, 13:22 Ən çox və ən az məhbusu olan ölkələr: Azərbaycan neçəncidir? - REYTİNQ 25 Oktyabr 2021, 13:17 Rayon sakinlərindən odlu silah GÖTÜRÜLDÜ 25 Oktyabr 2021, 13:12 Koronavirusun delta ştammının FOTOSU 25 Oktyabr 2021, 13:06 Dələduz qadın tutuldu 25 Oktyabr 2021, 13:00 Azərbaycanın mükafatı fəxri konsula verildi 25 Oktyabr 2021, 12:54 Hamilə qadınlar da peyvənd oluna bilər - RƏSMİ 25 Oktyabr 2021, 12:48 Hadi Rəcəbli HARALARDADI... 25 Oktyabr 2021, 12:45 Rusiya ilə Ermənistan Zəngəzurda hərbi təlimlər KEÇİRDİ 25 Oktyabr 2021, 12:39 Goranboyda şəhidin məzarı ziyarət olunub 25 Oktyabr 2021, 12:35 Qanunsuz meşə materialı AŞKARLANDI 25 Oktyabr 2021, 12:31 Prokurorluq 37 yaşlı kişinin ölümünü ARAŞDIRIR 25 Oktyabr 2021, 12:26 Türkiyədə meşələri yandıran 7 rusiyalı saxlanıldı 25 Oktyabr 2021, 12:20 Azərbaycan hansı ölkədən hərbi təyyarələr alacaq? 25 Oktyabr 2021, 12:15 Sabah Bakıda yağış yağacaq 25 Oktyabr 2021, 12:10 8 maşından OĞURLUQ ETDİ 25 Oktyabr 2021, 12:05 Mehriban Əliyeva Qubadlıdan paylaşım etdi - FOTO 25 Oktyabr 2021, 12:00 Qahirədə müdavimlərlə GÖRÜŞ   25 Oktyabr 2021, 11:55 Sərxoş oğru TUTULDU 25 Oktyabr 2021, 11:50