Modern.az

Avronest PA-nın Büro iclası keçirildi

Avronest PA-nın Büro iclası keçirildi

27 Sentyabr 2021, 16:34

Sentyabrın 27-də Avronest Parlament Assambleyasının videokonfrans formatında Büro iclası keçirilib.

 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, Büronun işinə Avronest PA-nın həmsədrləri Andrius Kubilius və Maka Botçorişvili moderatorluq edib.

 

İclasda gündəliyin təsdiqindən sonra Büronun 2021-ci il aprelin 19-da və iyunun 25-də keçirilmiş iclaslarının protokollarının təsdiqi məsələsinə baxılıb.

 

Sonra Şərq Tərəfdaşlığı ölkələrinin nümayəndə heyətlərinin rəhbərləri çıxış edərək ölkələrində gedən iqtisadi-siyasi proseslər, Covid-19 pandemiyası, peyvəndləmə ilə bağlı mövcud vəziyyət barədə məlumat veriblər, regional təhlükəsizlik və ərazi bütövlüyünün qorunması məsələlərinə toxunublar.

 

Onlayn iclasda iştirak edən Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli çıxışında Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalına son qoyulması nəticəsində regionda yaranmış unikal əməkdaşlıq imkanlarından danışıb. Bildirib ki, yeni reallıqlar Azərbaycan və Ermənistan arasında beynəlxalq hüquqa əsaslanan normal qarşılıqlı faydalı münasibətlərin qurulmasına, davamlı sülhün bərqərar edilməsinə münbit şərait yaradıb. Həmçinin bütün region ölkələri, o cümlədən Ermənistan üçün iqtisadi,  ticarət, kommunikasiya əlaqələrinin inkişafına münbit şərait yaranıb. Azər Kərimli  Zəngəzur dəhlizinin reallaşdırılmasından, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərindən də bəhs edib.

 

İclasda Şərq Tərəfdaşlığı ölkələri arasında əlaqələrin inkişafı, bu ilin sonunda baş tutması gözlənilən “Şərq tərəfdaşlığı” sammitinə hazırlıq və digər məsələlərlə bağlı müzakirələr, Avronest PA-nın gələcəyi ilə bağlı məsləhətləşmələr aparılıb, müvafiq qərarlar qəbul edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi