Arxiv
27 Sentyabr 2021, 17:30 | AKTUAL
Şəhidlərimiz Nərimanovda da anıldı - FOTOLAR  

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün davam edən Vətən savaşında şanlı Azərbaycan Ordusu düşməni diz çökdürərək torpaqlarımızı işğalçılardan təmizlədi və ərazi bütövlüyümüzü bərpa etdi. Ali Baş Komandanın iradəsi ilə dəmir yumruğa dönən möhtəşəm xalq bu Zəfəri ilə tarixə qızılı hərflərlə yeni səhifə yazdı. Bu dəmir yumruq xalqın gücünü, milli birliyini, vəhdətini, mübarizliyini bütün dünyaya bəyan etdi.

 

Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Zəfərlə nəticələnən 44 günlük Vətən Müharibəsindən az sonra Respublikamızda Anım Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı tarixi bir sənəd olmaqla yanaşı, həm də şəhidlərimizin xatirəsinə sonsuz ehtiramın bariz nümunəsidir. Vətən Müharibəsində qəhrəmancasına döyüşmüş, üçrəngli dövlət bayrağımızı işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq ilk dəfə 2021-ci il 27 sentyabr Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir. Bu münasibətlə Nərimanov Rayon  İcra Hakimiyyəti tərəfindən Tədbirlər Planı hazırlanmış və silsilə tədbirlər həyata keçirilməkdədir.

 

Hər zaman olduğu kimi, Anım Günü ərəfəsində də Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və İH-nin əməkdaşları bütün şəhid ailələrinə baş çəkmiş, şəhidlərin  məzarlarını ziyarət ediblər. 

 

25 sentyabr 2021-ci il tarixdə Nərimanov rayon şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə rayon ərazisində ucaldılacaq Xatirə Kompleksinin təməli qoyulub.

 

İnşa ediləcək kompleksin təməlqoyma mərasimində Milli Məclisin sədr müavini Adil Əliyev, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin üzvləri Rasim Musabəyov və Hikmət Məmmədov, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri, rayon gəncləri iştirak etmişlər. Tədbirdə vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, dövlət himni səsləndirilib.

 

Giriş sözü ilə mərasimi açıq elan edən Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev qeyd etdi ki, müzəffər Ordumuz böyük qəhrəmanlıq göstərərək 44 günlük Vətən Müharibəsində mənfur düşmənimizi ağır məğlubiyyətə uğratdı və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Rayon İcra Hakimiyyətinin başçısı bildirdi ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin imzaladığı Sərəncamlarla Fizulinin, Xocavəndin, Zəngilanın, Cəbrayılın, Qubadlının, Ağdamın, Şuşanın, Kəlbəcərin, Laçının, Suqovuşanın, ümumiyyətlə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş Vətən Müharibəsi şəhidləri və iştirakçıları müxtəlif orden və medallarla təltif ediliblər.

 

Tədbirdə iştirak edən Milli Məclisin sədr müavini Adil Əliyev və digər çıxışçılar öz çıxışlarında vurğulamışlar ki, bu gün rayonumuzda yaşayan şəhid ailələrinin, qazilərimizin, eləcə də müharibə iştirakçılarının hər birinin qayğıları bizim qayğılarımızdır. Dövlətimiz tərəfindən hər bir şəhidin Vətən naminə xidmətləri yüksək qiymətləndirilir, xatirələri əbədiləşdirilir.

 

Daha sonra şəhid ailələrinin üzvləri ilə birgə Xatirə Kompleksinin təməli qoyulmuş və ucaldılacaq abidə barədə tədbir iştirakçılarına geniş məlumat verilib.

 

Silsilə tədbirlər çərçivəsində 27 sentyabr tarixdə, səhər saatlarında Nərimanov RİH əməkdaşlarının və gənclərin iştirakı ilə I Qarabağ Müharibəsi Qəhrəmanlarının - Albert Aqarunovun, Koroğlu Rəhimovun, Gültəkin Əsgərovanın, Əliyar Əliyevin, İlqar İsmayılovun, Samir Xasıyevin rayon ərazisində yerləşən xatirə abidələri ziyarət edilmiş, önünə gül dəstələri qoyulmuş, xatirələri yad edilmişdir. Vətən Müharibəsi şəhidləri - Ələddin Səidovun, Sinan Məmmədovun xatirə lövhəsi və bulağı qarşısında onların xatirəsi yad edilib.

 

Anım günü ilə əlaqədar silsilə tədbirlər Heydər Əliyev, Azadlıq və Z.Bünyadov prospektlərində, eləcə də A.M.Cümə küçəsindəki yaşıllıq zolağında ağacəkmə kampaniyası ilə davam etdirilmişdir. Ağacəkmə tədbirində Rayon İcra hakimiyyətinin rəhbərliyi və kollektivi ilə birgə şəhid ailələri, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların nümayəndələri, rayon sakinləri, eləcə də gənclər böyük fəallıqla iştirak etmişlər. Ağacəkmə kompaniyasında  500 ədəd yerli çinar və küknar ağacları əkilmiş, burada mövcud olan yaşıllıqlara aqrotexniki qulluq edilmiş, ağaclar budanmış, dibləri yumşaldılıb.

 

Daha sonra Vətən Müharibəsi Qəhrəmanı Hümbətov Azad Arif oğlunun Nərimanov rayonunda yerləşən xatirə abidəsi önündə Vətən Müharibəsi şəhidlərinin anım məraimi keçirilmişdir. “Zəfər soraqlı 44 gün” adlı anım mərasimi Azərbaycan Respublikasının Dövlət Himni ilə açılaraq, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır. Mərasimi giriş sözü ilə açan  Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev bildirdi ki, milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, güclü ordu və ona rəhbərlik edən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi və gərgin siyasi-diplomatik fəaliyyəti, eyni zamanda, xalqımızın həmrəyliyi nəticəsində qazanıldı. O, tarixi torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda aparılan haqq savaşında şücaət və rəşadət göstərmiş şəhidlərimizə rəhmət, qazilərimizə şəfa dilədi. Abdin Fərzəliyev vurğuladı ki, bu gün rayonumuzda yaşayan şəhid ailələrinin, qazilərimizin, eləcə də müharibə iştirakçılarının hər birinin qayğıları bizim qayğılarımızdır. O qeyd etdi ki, dövlətimiz tərəfindən hər bir şəhidin Vətən naminə xidmətləri yüksək qiymətləndirilir, xatirələri əbədiləşdirilir. O, Nərimanov rayon şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə təməli qoyulmuş Xatirə Kompleksinin inşası barədə tədbir iştirakçılarına  məlumat verərək bildirdi ki, şəhidlikləri ilə bizə qələbə sevinci yaşadan bu igid, qəhrəman oğullarımızı daim qəlbimizdə yaşatmaq hər birimizin vətəndaşlıq borcudur. Rayon İcra Hakimiyyətinn başçısı çıxışında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşən, xalqımıza Şanlı Qələbə sevincini və qürurunu yaşadan bütün müharibə iştirakçılarına təşəkkürünü bildirmiş, qəhrəman oğullarımızla Azərbaycan xalqının fəxr etdiyini, qürur duyduğunu diqqətə çatdırdı. Sonra məktəblilər və gənclər tərəfindən Vətən Müharibəsinə həsr olunmuş bədii kompozisiyalar təqdim edilib.

 

Anım tədbirində çıxış edən şəhid ailələrinin üzvləri dövlət rəhbərliyinin hər zaman diqqət və qayğısını hiss etdiklərini, göstərilən diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, hər zaman onlara dayaq olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirdilər.

 

Tədbirdən sonra Rayon İcra Hakimiyyətinin rəhbərliyi və kollektivi Vətən Müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər. 

 

Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev 44 günlük Vətən Müharibəsində fədakarlıq göstərən igid şəhid oğullarımızdan biri olan, cənnətdə ilk doğum gününü - 29 yaşını qeyd edən Vətən Müharibəsi şəhidi Azad Bəkirlinin ailəsinə baş çəkmiş, başsağlığı vermiş,  şəhidin yağlı boya ilə çəkilmiş portretini xatirə olaraq ailəsinə hədiyyə etmişdir. Daha sonra şəhidin əziz xatirəsini yad etmək məqsədilə onun məzarı şəhidin ailə üzvləri, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, İH-in əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən ziyarət edilimişdir. Həmçinin digər Vətən Müharibəsi şəhidlərinin də məzarları ziyarət edilmiş, gül dəstələri qoyularaq xatirələri dərin ehtiramla yad edilib. 

 

Daha sonra şəhidin təhsil aldığı 45 saylı məktəbdə onun xatirəsinə şahmat turniri keçirilmiş, qaliblər mükafatlandırılmış, şəhidin anasına Xatirə Diplomu və Azərbaycan Bayrağı təqdim edilmişdir. Azyaşlı məktəblilərin ifasında Vətən Müharibəsi mövzusunda səhnəciklər göstərildikdən sonra məktəblilər tərəfindən çəkilmiş rəsmlər sərgilənmişdir. Məktəb kollektivinin təşəbbüsü ilə şəhidin təhsil aldığı sinif otağına şəhid Bəkirli Azadın adı verilmişdir. Açılışı olan sinif otağında şəhidin sinif yoldaşları  və müəllimləri Azad haqqında xoş xatirələrini bölüşərək  onunla qürur duyduqlarını bildirdilər.

 

Keçirilən bütün tədbirlərdə şəhid ailələri və qazilər dövlət tərəfindən onlara göstərilən diqqət və qayğını hər zaman hiss etdiklərini, bu qayğını çox yüksək qiymətləndirərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci Vitse - Prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Somalidə toqquşma - 30 ölü 25 Oktyabr 2021, 00:52 Pikassonun 11 əsəri 110 milyon dollara satıldı - FOTOLAR 25 Oktyabr 2021, 00:38 XİN-dən Qubadlı PAYLAŞIMI 25 Oktyabr 2021, 00:14 Qubadlının işğaldan azad olunmasından 1 İL ÖTÜR 25 Oktyabr 2021, 00:05 Türkiyədə koronavirusla bağlı son vəziyyət 24 Oktyabr 2021, 23:48 Nigeriyada neft zavodunda partlayış: 25 ölü 24 Oktyabr 2021, 23:20 AMEA-nın folklorşünas alimi VƏFAT ETDİ 24 Oktyabr 2021, 22:58 Cüdoçularımızdan dünya çempionatında 8 MEDAL 24 Oktyabr 2021, 22:51 Füzuli Beynəlxalq Hava Limanındandan VİDEOREPORTAJ 24 Oktyabr 2021, 22:18 “Liverpul” “Mançester Yunayted”ı darmadağın etdi 24 Oktyabr 2021, 22:08 Özbəkistan SEÇKİLƏR -Fəallıq 80%-dən çox olub 24 Oktyabr 2021, 21:51 Gürcüstan-Ermənistan sərhədində ZƏLZƏLƏ 24 Oktyabr 2021, 21:32 Aİ Kabildə diplomatik missiyasını BƏRPA EDİR 24 Oktyabr 2021, 21:14 Özbəkistanda prezident seçkiləri YEKUNLAŞDI 24 Oktyabr 2021, 21:02 "Real Madrid" "Barselona"nı səfərdə məğlub etdi 24 Oktyabr 2021, 20:23 Daha biri koronavirus xəstəsi Metroda 24 Oktyabr 2021, 20:10 Rusiyada təyyarə qəzası - Ölənlər var 24 Oktyabr 2021, 19:45 “Qəbələ” “Keşlə”yə qalib gəldi 24 Oktyabr 2021, 19:12 DİM imtahan nəticələrini AÇIQLADI 24 Oktyabr 2021, 19:08 Qətlə yetirilən soydaşımızın nəşi vətənə GƏTİRİLƏCƏK 24 Oktyabr 2021, 17:59 Əlcəzairdən fransızca qadağası 24 Oktyabr 2021, 17:44 Consondan çağırış 24 Oktyabr 2021, 17:36 Koronavirusa qarşı PEYVƏNDLƏNƏNLƏR 24 Oktyabr 2021, 17:25 Son sutkada YOLUXANLAR - Ölənlər artdı 24 Oktyabr 2021, 17:21 İranda koronavirus mənzərəsi 24 Oktyabr 2021, 17:19 Taliblərdən İran imtinası 24 Oktyabr 2021, 17:08 Polkovnikin nəvəsi intihar etdi 24 Oktyabr 2021, 16:58 Şahinlərimiz Türkiyədən geri dönür  24 Oktyabr 2021, 16:51 Gürcüstanın virus mənzərəsi 24 Oktyabr 2021, 16:39 Baş nazirə 15 illik cəza  24 Oktyabr 2021, 16:26 İbrahimoviçdən növbəti ilk  24 Oktyabr 2021, 16:15 Əsl insan gözəllikdə gözəlliyi görməyi bacarandır - Deputat 24 Oktyabr 2021, 16:05 Özbəkistanda seçki baş tutdu 24 Oktyabr 2021, 15:51 66 milyon illik skelet rekord qiymətə... 24 Oktyabr 2021, 15:46 Professor dünyasını dəyişdi 24 Oktyabr 2021, 15:34