Modern.az

Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov yenə uduzdu

Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov yenə uduzdu

27 Sentyabr 2021, 23:57

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsində III tura yekun vurulub.

 

Modern.az-ın məlumatına görə, Azərbaycan təmsilçiləri bu turu da məğlubiyyətlə başa vurublar.

 

Şəhriyar Məmmədyarov polşalı Yan-Kşiştof Dudaya, Teymur Rəcəbov isə niderlandlı Aniş Giriyə eyni hesabla uduzub - 2,5:3,5. Məmmədyarovla Rəcəbovun gücü qarşılaşmaları taym-breykədək uzatmağa çatıb.

 

Yan-Kşiştof Duda (Polşa) - Şəhriyar Məmmədyarov (AZƏRBAYCAN) - 3,5:2,5
Maqnus Karlsen (Norveç) - Maksim Vaşye-Laqrav (Fransa) - 3,5:2,5
Uesli So (ABŞ) - Vladislav Artemyev (Rusiya) - 2,5:1,5
Levon Aronyan (Ermənistan) - Hikaru Nakamura (ABŞ) - 1:3
Teymur Rəcəbov (AZƏRBAYCAN) - Aniş Giri (Niderland) - 2,5:3,5

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir