Arxiv
28 Sentyabr 2021, 08:11 | AKTUAL
Böyrək daşı xəstəliyinin müalicəsi

Bu xəstəliyin müalicə metodu daşın (və ya daşların) ölçülərindən, onların yerləşməsindən, xəstənin vəziyyətindən və s.-dən asılıdır.

 

Əsas müalicə metodları - konservativ (dərmanların köməyi ilə) müalicə metodu və cərrahi metoddur.

 

Konservativ metod daşların ölçüləri 3-5 mm qədər olduqda istifadə oluna bilər. Xəstəyə xüsusi dərman preparatları, fizioterapiya, homeopatiya (otlarla müalicə), pəhriz (daşın mineral tərkibindən asılıdır) təyin olunur. Nəzərinizə çatdıraq ki, böyrək daşı xəstəliyi çox ağır və təhlükəli xəstəlikdir ki, müalicə olunmadığı halda müxtəlif ağırlaşmalara (böyrəyin irinlənməsi, xroniki böyrək çatışmazlığı və s.) və hətta xəstənin həlak olmasına gətirib çıxara bilər. Bu səbəbdən heç bir halda həkimin məsləhəti olmadan dərman və hətta xalq təbabəti üsullarından istifadə etməyin. Öz-özünə müalicə çox ağır nəticələrə gətirib çıxara bilər.

 

Müalicə zamanı xəstə maye qəbulunu artırmalıdır ki, xırdalanmış daşlar sidiyin axarı ilə böyrəklərdən daha asan xaric olunsun. Gün ərzində xəstə 2,5-3 və daha artıq təmiz filtrdən keçirilmiş su qəbul etməlidir. Daşların böyrəklərdən xaric olunması bəzən ağrılı olduğuna görə həkim xəstəyə ağrıkəsici preparat təyin edə bilər.

 

Əgər ən böyük daşın ölçüsü 5 mm-dən böyükdürsə müxtəlif cərrahi üsullar tətbiq oluna bilər. Bu üsulların arasında ən az travmatik üsul - distansion-dalğalı litotripsiya.

 

Xüsusi cihaz (litotriptor) vasitəsilə elektromaqnit şüaları böyrəklərdə olan daşları xırdalayır. Sonra xırdalanmış daşlar sidiyin axarı ilə xaric olunur. Bu üsul daşların ölçüləri 2 sm-dən böyük olmadıqda istifadə oluna bilər. Prosedur damar daxili anesteziya istifadəsi ilə keçirilir. Prosedurdan sonra xəstə klinikada 1-2 gün qaldıqdan sonra evə yazılır.

 

Daş böyük olduqda və ya litotripsiya lazım olan effekt vermədikdə cərrahi əməliyyat təyin olunur. Hal-hazırda bu əməliyyatlar müasir endoskopik üsullarla keçirilir. Uretradan və sidik kisəsindən böyrəyə və ya sidik kanalına kiçik videokamerası ilə təchiz olunmuş xüsusi cihaz - uretroskop (nazık borucuq) daxil edilir. Bundan sonra daş lazerin köməyi ilə xirdalanır və ya uretradan çıxarılır. Həkim əməliyyata kompüter monitoru vasitəsilə nəzarət edir. Təbii ki, belə müasir üsullar xəstənin əməliyyatdan sonra daha tez bir zamanda bərpa olunmasına imkan verir.

 

Daşlar çox böyük olduqda və ya digər üsullar nəticə vermədikdə klassik cərrahi əməliyyat aparılır. Bel nahiyyəsində xırda kəsiklər aparılır və cərrah böyrəklərdən daşları xaric edir. Hal-hazırda belə əməliyyatlar daha tez-tez laparoskopik üsulla yerinə yetirilir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Dünya şöhrətli incəsənət xadimi Azərbaycan xalqına təbrik ünvanladı 17 Oktyabr 2021, 11:30 Tiflisdə 18 Oktyabr marafonu: bizim üçün qaçacaqlar 17 Oktyabr 2021, 11:25 Yaralı yoldaşını döyüş meydanından çıxararkən şəhidliyə ucalan snayper 17 Oktyabr 2021, 11:15 Mahir Əmrəli məhşur Avropa klublarının hədəfində  17 Oktyabr 2021, 11:08 Zaqatalada minik avtomobili yandı 17 Oktyabr 2021, 10:59 Saakaşvili: "Polislər yaxınlaşmağa cürət eləmirdilər" 17 Oktyabr 2021, 10:51 Tanınmış azərbaycanlı karikaturaçıdan nazirə etiraz - Türkiyəni təmsil etməyə qərar verdi 17 Oktyabr 2021, 10:45 Rusiyada ilk: atalar günü qeyd edilir 17 Oktyabr 2021, 10:39 Gürcüstandakı soydaşlarımızdan 18 oktyabr təbriki - FOTO 17 Oktyabr 2021, 10:29 17 oktyabrın SAVAŞ XRONİKASI: Füzuli alındı, Gəncə vuruldu 17 Oktyabr 2021, 10:24 Gürcüstanda seçkilərin ikinci turu: vaxt açıqlandı 17 Oktyabr 2021, 10:14 Şəhid anaları və xanımları üçün aksiya keçirilib 17 Oktyabr 2021, 10:10 Türkiyədə kurs keçən hərbçilərimizdən daha bir uğur 17 Oktyabr 2021, 10:09 Britaniyalı deputatın qatilinın adı açıqlandı  17 Oktyabr 2021, 10:05 Rusiyada qatar arabada olan körpəni vurub öldürdü 17 Oktyabr 2021, 09:59 Füzulidə sərnişin avtobusu yandı 17 Oktyabr 2021, 09:51 Rüstəm Behrudi əməliyyat olunacaq 17 Oktyabr 2021, 09:46 Özbəkistan və Əfqanıstan rəsmiləri görüşdü   17 Oktyabr 2021, 09:35 Zeynəb Xanlarova HARALARDADI... 17 Oktyabr 2021, 09:24 Ermənistanda infilyasiya rekord vurdu 17 Oktyabr 2021, 09:19 ABŞ-da şənlik iştirakçıları atəşə tutuldu 17 Oktyabr 2021, 09:09 İvanişvilinin biznes mərkəzi qarşısında etiraz aksiyası 17 Oktyabr 2021, 08:58 Qardaş ölkədə ağır qəza 17 Oktyabr 2021, 08:49 Ermənistan yenə YALAN məlumat yayıb 17 Oktyabr 2021, 01:12 İtaliyada faşizmə qarşı 200 minlik AKSİYA 17 Oktyabr 2021, 00:51 Gənclər Gəncə terrorunun qurbanlarını yad etdilər 17 Oktyabr 2021, 00:34 XİN-dən Gəncə terroru ilə bağlı PAYLAŞIM 17 Oktyabr 2021, 00:32 Ermənilərin Gəncə və Mingəçevirə raket atmasından 1 İL KEÇİR 17 Oktyabr 2021, 00:19 Quantanamodakı yeganə əfqan məhbus azadlığa çıxacaq 17 Oktyabr 2021, 00:10 Füzulinin işğaldan azad edilməsindən 1 İL ÖTÜR 17 Oktyabr 2021, 00:00 Tehranın narkotrafikdəki ortaqları - Koçaryan, Sarkisyan… 16 Oktyabr 2021, 23:55 Nazirdən qızıl medal qazanan cüdoçuya təbrik 16 Oktyabr 2021, 23:44 Şuşadan Bakıya ilk ZƏNG 16 Oktyabr 2021, 23:33 Türkiyənin yetkin əhalisinin 76%-i tam peyvəndlənib 16 Oktyabr 2021, 23:25 Xəzər dənizində zəlzələ  16 Oktyabr 2021, 22:48