Modern.az

General: “Düşmən ən çox itkini həmin döyüşlərdə verdi”

General: “Düşmən ən çox itkini həmin döyüşlərdə verdi”

28 Sentyabr 2021, 11:25

“Düşmən fikirləşirdi ki, Aprel döyüşlərində itirdikləri torpaqları geri alacaqlar. Amma onlar ən çox itkiləri də həmin döyüşdə verdilər”.

 

Modern.az-ın məlumatına görə, bun Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi, general-mayor Bəkir Orucov “Yaddaş” kitabının və Memorial.az saytının təqdimatı mərasimində çıxışı zamanı deyib.

 

O qeyd edib ki, bizim təqvimimizdə artıq Zəfər Günü var:

 

“Ali Baş Komandan ölkəmizin iqtisadiyyatını gücləndirdi, orduda islahatlar apardı. Ordumuzu ən müasir silahlarla təmin etdi və zamanı gələndə “İrəli” komandası verdi. Düşmən müharibə zamanı ballistik silahlardan tutmuş digər vasitələrlə bizə zərbələr endirdi. Belə bir müharibə dünya tarixində görülməyib. Azərbaycan Ordusu öz qəhrəmanlığı ilə tarix yazıb”.

 

Fidan İlqar

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI