Modern.az

İki ölkə arasında saziş imzalanacaq

İki ölkə arasında saziş imzalanacaq

28 Sentyabr 2021, 18:40

Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramının təkmilləşdirilmiş tranzit sisteminin və məlumatların ümumi mübadiləsinin pilot yoxlanılmasına dair üçtərəfli saziş layihəsinin Azərbaycan ilə Gürcüstan arasında imzalanması istiqamətində işlərin başlanmasına dair qərar qəbul edilib.

 

Dövlət Gömrük Komitəsinin Modern.az-a verilən məlumata görə, bu barədə qərar bu gün keçirilən CAREC Proqramının Gömrük Əməkdaşlığı Komitəsinin 20-ci iclası zamanı verilib.

 

İclas həmçinin DGK-nin təklifinə əsasən Asiya İnkişaf Bankı və CAREC İnstitutunun dəstəyi çərçivəsində elektron “bir pəncərə” sisteminin Azərbaycan və digər CAREC üzv dövlətləri tərəfindən tətbiqinin layihələndirilməsi məsələsinə baxılması qərarlaşdırılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?