Modern.az

“Azərbaycan” nəşriyyatına yeni baş direktor təyin olunub

“Azərbaycan” nəşriyyatına yeni baş direktor təyin olunub

1 Oktyabr 2021, 16:20

"Azərbaycan" nəşriyyatına yeni baş direktor təyin olunub.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb.

 

Sərəncama əsasən, Leyla Güləliyeva “Azərbaycan” nəşriyyatının baş direktoru təyin edilib.

 

L.Güləliyeva təyinatla bağlı xəbəri təsdiqləyib.

 

Qeyd edək ki, L.Güləliyeva Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində ləğv edilmiş “Azərmarka” MMC-nin direktoru vəzifəsində çalışıb.

 

Xatırladaq ki, ötən gün “Azərbaycan” nəşriyyatının baş direktoru Ağabəy Əsgərov vəzifəsindən azad edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi