Tanınmış jurnalist, Respublika Hərbi prokurorunun sabiq köməkçisi (mətbuat katibi) Əfrahim Təhməzovu maşın vurub.
Modern.az Lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb.
Əfrahim Təhməzov yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub.
Müxtəlif bədən xəsarətləri alan jurnalist xəstəxanaya yerləşdirilib.
Ə.Təhməzovla əlaqə saxlamaq mümkün olmayıb, o, telefon zənglərinə cavab verməyib.