Modern.az

“Bu, xüsusi amansızlıqla törədilmiş qətl hadisəsidir”

“Bu, xüsusi amansızlıqla törədilmiş qətl hadisəsidir”

10 Oktyabr 2021, 17:42

İki il öncə Ukraynada xüsusi qəddarlıqla qətlə yetirilən, tanınmış rəqqas və xoreoqraf, İqtisad Universitetinin magistrantı Cavid Hacıyevin qətlində şübhəli bilinən  şəxs interpol xətti ilə axtarışa verilsə də, bu günə kimi istintaqdan qaçıb gizlənməyə müvəffəq olub.

 

Modern.az Virtualaz.org-a istinadən xəbər verir ki, 22 yaşlı Cavid Hacıyev 2019-cu ilin oktyabrında Kiyev şəhəri Çiqorin küçəsi, ev 49, mənzil 64-də qətlə yetirilib. Keçmiş tələbə yoldaşı Əli Abdullayev tərəfindən Ukraynaya qonaq çağırılan Cavid onun kirayə yaşadığı mənzildə qəddarcasına öldürülüb.  Mərhumun meyiti qətldən üç gün sonra aşkarlanıb. Qonşular evdən pis qoxu gəlməsi barədə hüquq-mühafizə orqanlarına şikayət edib, mənzilin qapısı sındırılıb, evdən üzərində çoxsaylı bıçaq xəsarətləri olan cəsəd tapılıb. Faktla bağlı Ukrayna prokurorluğunda cinayət işi başlanılıb.

 

Cavidin qətlində şübhəli bilinən Əli Abdullayev barəsində axtarış elan olunub. İstintaq araşdırmaları zamanı məlum olub ki, həmin mənzil qətldən bir neçə gün öncə Ə.Abdullayev tərəfindən kirayə götürülüb, sonuncu özü isə oktyabrın 7-də avtomobillə Ukrayna sərhəddini keçərək Moldovaya daxil olub.

 

Cavid Hacıyev

Almaniyadan Kiyevə “qonaq” çağırılan Cavid

 

Gənc oğlunu faciəli şəkildə itirən Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq üzrə doktor Minə Hacıyeva (tanınmış bəstəkar, əməkdar incəsənət xadimi, professor Telman Hacıyevin qızı - red.) deyib ki, Cavid həmin ərəfədə Almaniyada tətildə olub, sonra dostları ilə birgə Belçikaya gedib, daha sonra Frankfurtdan Bakıya uçmağı planlaşdırıb. Lakin qrup yoldaşı Əli Abdullayev onu öz yanına – Kiyevə qonaq çağırıb. Deyib, gəl, burada birlikdə əylənək, gəzək, sonra avtomobillə bir yerdə Avropaya qayıdarıq:

 

“Cavid də onun yanına gedib. Oğlumun daha iki həftəlik tətili vardı. Hər gün onunla telefonla danışırdım. Axırıncı dəfə oktyabrın 1-də gecə telefonla əlaqə saxlamışıq”.

 

“Bu, əvvəlcədən planlaşdırılmış, xüsusi amansızlıqla törədilmiş qətl hadisəsidir”

 

M.Hacıyeva deyir ki, oğlunun təkidlə Kiyevə çağırılması qətlin əvvəlcədən planlaşdırılmasını deməyə əsas verir:

 

“Oğlumu təkidlə Kiyevə çağırmaq bu qədər çox vacib olub? Avropaya maşınla getməyə hazırlaşıblar. Sonradan bildik ki, Əlinin heç Şengen vizası olmayıb. Övladımı öldürüb, cəsədini təhqir edib. Bunu normal bir insan necə edə bilər axı? Hesab edirəm ki, bu, əvvəlcədən planlaşdırılmış, xüsusi amansızlıqla törədilmiş qətl hadisəsidir”.

Göz yaşlarını saxlaya bilməyən ana oğlunun paxıllıq zəminində öldürüldüyünü də istisna etmir:

 

“Cavidlə Əli İqtisad Universitetində bir qrupda oxuyublar. Ancaq Əli intizamsız tələbə olduğuna görə universitetdən qovulub. Əli universitetdən xaric edilsə də Cavidlə aralarında dostluq əlaqəsi qalmışdı. O qədər də yaxın dost deyildilər. Hərdən Əlinin təşəbbüsü ilə görüşərdilər. Cavid isə nümunəvi tələbə olub. 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!