Modern.az

90 nəfəri ilan çalıb, 87 nəfər dəm qazından zəhərlənib

90 nəfəri ilan çalıb, 87 nəfər dəm qazından zəhərlənib

Hadisə

13 Oktyabr 2021, 11:42

“Aprel ayından bu günə qədər 90-a yaxın adamı gürzə ilanı çalıb”.

Bu barədə Modern.az saytına Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, tibb elmlər doktoru Azər Maqsudov məlumat verib.


Şöbə müdiri dəm qazından zəhərlənənlərin statistikasını da açıqlayıb:

“Bu il 14 nəfəri qara qurd, 8 nəfəri isə əqrəb sancıb. İl ərzində 116 nəfərə dərmandan zəhərlənmə diaqnozu qoyulub. Sirkə turşusundan 46 nəfər, dəm qazından 87 nəfər zəhərlənib. Allergik reaksiyalara görə 51 nəfər şöbəyə müraciət edib”.

A.Maqsudov bildirib ki, sirkə turşusundan zəhərlənənlər arasında ölənlər də olub:

“Sirkə turşusundan zəhərlənən 46 nəfərdən 2-si həyatını itirib”.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir