Modern.az

Gürcüstanda Saakaşvilinin azadlığı tələbilə MİTİNQ

Gürcüstanda Saakaşvilinin azadlığı tələbilə MİTİNQ

14 Oktyabr 2021, 23:40

Bu gün Gürcüstanın paytaxtı Tbilisi şəhərində ölkənin sabiq prezidenti Mixeil Saakaşvilinin azadlığa buraxılması tələbi ilə mitinq keçirilib.

 

Modern.az xəbər verir ki, mitinq müxalif “Vahid Milli Hərəkat” partiyası tərəfindən təşkil edilib.

 

4 saata yaxın davam edən mitinq insidentsiz başa çatıb. “Azadlıq” meydanına toplanan etirazçılar Saakaşvilinin həbsdən azad edilməsini tələb ediblər. Mitinq zamanı M.Saakaşvilinin məktubu oxunub.

 

Mitinqə paytaxt sakinləri ilə yanaşı Gürcüstanın müxtəlif bölgələrindən çox sayda insanların toplaşdığı bildirilir. Əraziyə çox sayda polis və təcili yardım maşınları cəlb edilib.

 

Xatırladaq ki, Saakaşvili oktyabrın 1-də Tbilisidə həbs edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı