Modern.az

Yeni gələn nazirlər vəzifəyə öz adamlarını təyin edir

Yeni gələn nazirlər vəzifəyə öz adamlarını təyin edir

Parlament

15 Oktyabr 2021, 11:34

Milli Məclisin deputatı Fazil Mustafa parlamentin plenar iclasında bir neçə məsələyə toxunub.

 

Modern.az xəbər verir ki, deputat cəbhədə öldürülən əsgərimizlə bağlı danışıb:

 

“Bizim bir öldürülən əsgərimizə  qarşı 10-20 erməni əsgərinin öldürülməsi ilə cavab verməliyik. Bu günlərdə Azərbaycanın Qarabağda müəyyən problemlə qarşılaşması gözlənilən məsələdir. Bu prosesləri səbrlə irəli aparmalıyıq. Ancaq bizim bir öldürülən əsgərimizə  qarşı 10-20 erməni əsgərinin öldürülməsi ilə cavab verməliyik”.

 

Deputat  çıxışı zamanı yeni təyin edilən məmurların fəaliyyətindən narazılığını da qeyd edib:

 

“Son vaxtlar yeni təyin olunan məmurlardan çoxsaylı şikayət alırıq. Yenilər gələn kimi ərizələr yığmağa başlayır. Məmuru qorumağın mexanizmi tapılmalıdır. Təbii ki, kimsə qaranlıq yollarla işə düzəlibsə, onu aşkara çıxarmaq olar. Ancaq digər məmurlara qarşı bunu etmək olmaz. Bu proses yalnız Azərbaycandadır ki, yeni gələn nazirlər köhnə kadrları işdən çıxarır, əvəzində isə öz adamlarını işə götürür”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!