Arxiv
15 Oktyabr 2021, 17:38 | AKTUAL
Məzunların peşə məktəblərinə müraciətləri artıb

“Dron idarəedilməsi və dəqiq aqronomluq” təlimlərinə peşə təhsili müəssisələrindən ümumilikdə 15 təlimçi müəllim cəlb olunub”.

 

Modern.az xəbər verir ki, bunu  AzEdu.az-a açıqlamasında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Valeh Mirzalıyev qeyd edib.

 

Direktor peşə təhsili müəssisələrində STEAM layihəsinin tətbiq olunmasının sevindirici hal olduğunu bildirib:

 

“Son zamanlar müasir təhsilin tədrisi istiqamətində Təhsil Nazirliyi tərəfindən bir sıra layihələr həyata keçirilir. Bu layihələrdən biri də həm təhsil alanların maraqla öyrəndiyi, həm də müəllimlər tərəfindən həvəslə tətbi olunan STEAM layihəsidir.

 

Sevindirici haldır ki, STEAM layihəsi ilk əvvəl ümumitəhsil məktəblərində olsa da, artıq peşə təhsil məktəblərində də tətbiq olunmağa başlayır. İxtisaslara uyğun tədris planları hazırlanıb və bu tədris proqramlarını həyata keçirən müəllimlər müxtəlif təlimlər alıblar, təlim almağa da davam edirlər. Bu təlimlərdən biri də hazırda davam edən “Dron idaedilməsi və dəqiq aqronomluq” təlimləridir. Həmin təlimlərə peşə təhsili müəssisələrindən ümumilikdə 15 müəllim cəlb olunub. Təlimlər israilli mütəxəssis tərəfindən keçilir, nəzəri və praktik hissə olmaqla iki hissədən ibarətdir. Nəzəri hissə İsmayıllı Dövlət Peşə təhsil mərkəzinin tədris auditoriyalarında, praktik hissə isə peşə təhsil mərkəzinin iki hektarlıq təcrübə sahəsində keçirilir”.

 

Direktor təlimlərin növbə ilə digər peşə təhsil mərkəzlərində də keçiriləcəyini vurğulayıb:

 

“Növbəti illərdə kənd təsərrüfatı sahəsinin bütün ixtisasları üzrə bu təlimlərin təşkil edilməsi nəzərdə tutulur, mütəxəssislər bu prosesin üzərində çalışır. Növbəti olaraq Bərdə, Quba və ümumilikdə bütün peşə təhsil mərkəzlərində təlimlərin keçirilməsi planlaşdırılır. Təlimlərin yaxşı tərəflərindən biri cəlb olunan mütəxəssislərin qardaş Türkiyə və İsraildən olmasıdır. Bu mütəxəssislərlə birlikdə yeni tədris proqramlarının hazırlanması təmin olunacaq”.

 

O peşə təhsili müəssisələrinə tələbə qəbulunun hər il artdığını bildirərək, onların arasında ali təhsil məzunlarının olmasına da diqqət çəkib:

 

“Peşə təhsil müəssisələrinə qəbul sayı ilbəil artır. Keçən ildən bu ilə bu artım 12% təşkil edir, 16 min 600 nəfər peşə təhsili mərkəzlərinə qəbul olunub. Ümid edirəm ki, yaxın zamanlarda ümumilikdə bütün peşə təhsil mərkəzlərində bu plan tam dolacaq. Bir sevindirici hal da ondan ibarətdir ki, artıq ali təhsil məzunları da peşə təhsili müəssisələrinə müraciət edirlər. “Peşə təhsili haqqında” qanun layihəsində edilən dəyişiklər peşə təhsilinin inkişafı və bu təhsilə marağın artmasına müsbət təsir edəcək deyə düşünürəm”.

 

Direktor peşə təhsilinin keyfiyyətinin yaxşılaşdırılması üçün ilk olaraq müəllimlərin səviyyəsinin yaxşılaşdırılmalı olduğunu bildirib:

 

“Gələcəkdə peşə təhsilinin keyfiyyətinin daha da yaxşılaşdıırlması üçün ilk olaraq müəllimlərin səviyyəsinin yaxşılaşıdırlması vacibdir. Bildiyimiz kimi bununla bağlı müəllimlərin işə qəbulu prosesi həyata keçirildi. Keçən ildən ümumi təhsil fənləri üzrə, bu ildən etibarən isə digər ixtisaslar üzrə müəllimlərin işqə qəbulu aparıldı. Bu yaxınlarda Bərdə, növbəti illərdə isə digər yeni peşə təhsil müəssisələrinin açılışı gözlənilir. Bizim işə götürənlərlə müəyyən əməkdaşlıqlarımız var. Müəssisələrimizi bitirən bir sıra məzunlarımız bizim vasitəmizlə işlə təmin olunublar”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Könüllülər Forumu başladı - FOTO 6 Dekabr 2021, 15:28 Baş Prokurorluq: “Qaraheybət” qəzasının “qara qutu”su ARAŞDIRILIR 6 Dekabr 2021, 15:23 Qadınları cinsi istismara məruz qoyan şəxsə hökm oxundu 6 Dekabr 2021, 15:20 “Pfizer” vaksinini harda pulsuz vurdurmaq olar... 6 Dekabr 2021, 15:19 500 mindən çox cərimə LƏĞV EDİLDİ 6 Dekabr 2021, 15:18 Xalq artistinə ağır itki üz verdi 6 Dekabr 2021, 15:16 Amnistiya ən çox bu şəhərdə tətbiq olunub 6 Dekabr 2021, 15:11 1921 məhkum azadlığa BURAXILIB 6 Dekabr 2021, 15:06 Şuşada tikilən məktəb gələn ilin dekabrında hazır olacaq - Nazir 6 Dekabr 2021, 15:03 Amnistiyaya düşən əcnəbilərin SAYI 6 Dekabr 2021, 15:00 Zəfər amnistiyası 3676 məhkuma şamil edilib 6 Dekabr 2021, 14:55 Rusiyada da "Omicron" aşkarlandı 6 Dekabr 2021, 14:50 Yas məclislərinə qoyulan qadağada dəyişiklik OLMAYACAQ 6 Dekabr 2021, 14:46 Həmkarlar ittifaqları arasında MEMORANDUM 6 Dekabr 2021, 14:40 Prezident və ailə üzvləri Qubada... 6 Dekabr 2021, 14:36 Qarabağ və Şərqi Zəngəzurun demoqrafik göstəriciləri açıqlandı 6 Dekabr 2021, 14:30 Putin-Bayden görüşünün gündəliyi açıqlandı 6 Dekabr 2021, 14:26 “Qaraheybət”in yarımçıq qoyduğu daha bir ömür – “Kaş balası olaydı, Ceyhunun qoxusunu ondan alaydım” 6 Dekabr 2021, 14:14 “Şollerin arxivi” filminə görə həm mükafat aldım, həm də iş təklifi - Cəlaləddin Qasımov 6 Dekabr 2021, 14:08 Müxalifət hakimiyyətə gəlsəydi, Belarus olmayacaqdı - Lukaşenko 6 Dekabr 2021, 14:02 Aberdində Azərbaycan icması ilə görüş - FOTO 6 Dekabr 2021, 13:56 UNEC-də laboratoriyaya Aziz Sancarın adı verildi - FOTO 6 Dekabr 2021, 13:50 Baş redaktor alimlərin pulunu mənimsəyib - AMEA-dan DİN-ə şikayət 6 Dekabr 2021, 13:44 Ata həbsdə olan oğluna “sovqat” apardı - FOTO 6 Dekabr 2021, 13:40 Ərzaq 3 dəfə BAHALAŞIB - İnflyasiya riski artır 6 Dekabr 2021, 13:35 Xarıbülbül simvollu corab kütləvi qəzəbə səbəb oldu - Deputat və Şəhid xanımından ETİRAZ 6 Dekabr 2021, 13:30 Rusiya - Ukrayna cəbhəsi yenidən ALOVLANIR - Hər an müharibə başlaya bilər 6 Dekabr 2021, 13:25 Mir Möhsün Nəvvabın Cıdır düzündə yerləşən məzarı bərpa olundu 6 Dekabr 2021, 13:20 Ov qaydalarını pozanlar cəzalandırıldı 6 Dekabr 2021, 13:15 Ərdoğan BƏƏ-yə səfər edəcək 6 Dekabr 2021, 13:10 Geri qayıdacaq köçkünlərin statusu ilə bağlı sənəd hökumətə TƏQDİM OLUNDU 6 Dekabr 2021, 13:06 Ukrayna-Rusiya sərhədini qanunsuz keçmək istəyən azərbaycanlılar SAXLANILDI 6 Dekabr 2021, 13:00 Rusiyada daha 1184 nəfər koronavirusdan ÖLDÜ 6 Dekabr 2021, 12:55 Azərbaycan yeni silahlar istehsal edəcək 6 Dekabr 2021, 12:50 Bakı və Sumqayıtda pensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK 6 Dekabr 2021, 12:45
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?