Modern.az

Telman İsmayılov Rusiyaya ekstradisiya olunacaq...

Telman İsmayılov Rusiyaya ekstradisiya olunacaq...

15 Oktyabr 2021, 18:01

Azərbaycan əsilli rusiyalı iş adamı, hazırda Monteneqroda həbsdə saxlanılan Telman İsmayılovla bağlı yeni xəbər var.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, tanınmış vəkil Denis Skryabin iş adamının Monteneqrodan Rusiyaya ekstradisiya olunması ehtimalını yüksək qiymətləndirib.

 

“İsmayılovun şəxsiyyəti Rusiyada vaxtı ilə müəyyən siyasi çəkisi olan siyasi qüvvələrlə bağlıdır. Biznes elitanın dəyişməsi ilə o, imtiyazlarını da itirib. Buna görə də o, təqib olunmasını siyasi motivli adlandıra bilər. Amma İsmayılovu qətl sifarişində təqsirləndirirlər. Və əgər Rusiya cüzi sübutlar belə təqdim edərsə, Monteneqro böyük ehtimalla onu Rusiyaya ekstradisiya edəcək”.

 

Rusiya Baş Prokurorluğununun cinayət işinin materiallarına əsasən, İsmayılov 2016-cı ildə biznesmenlər Vladimir Savkin və Yuri Brılyovun qətlini sifariş edib. Bu işdə ona qardaşları Rafiq və Vaqif İsmayılovlar yardımçı olub, killer rolunu isə Mehman Kərimov icra edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?