Arxiv
16 Oktyabr 2021, 09:29 | AKTUAL
“Rus aləmi”: Kreml “yumşaq gücü”nü sərtləşdirir

Qəzənfər Həmidoğlu

“Rus aləmi”nin (“Русский мир”) Moskvada keçirilən VII Ümumdünya Konqresindən belə qənaət çıxarmaq olar ki, Kreml “sistemli diskriminasiyalara məruz qalan rusiyalı həmvətənlər və rus dili” ilə bağlı beynəlxalq miqyasda daha aqressiv siyasət yürütmək niyyətindədir.

102 ölkədən 400 nümayəndənin iştirak etdiyi forumun iştirakçıları az qala bütün dünyanı rusofobiyada günahlandırır və bunun köklərini, Rusiyanın niyə sevilmədiyini araşdırmaqdansa, “qeyri-rus nanəciblər”ə qarşı ambisioz ideyalar, şübhəli kontrarqumentlər səsləndirirdilər. Dünya rusları incidirmiş: hüquqları pozulur, dilləri sıxışdırılır, dinləri üstə təqib edilir, tarixləri təftiş edilir, rusdilli KİV senzuraya məruz qalır, Rusiyadan kənarda “rus olmaq çətin işdir” və s. və i.a.

Şübhəsiz ki, “Русский мир” Rusiya hakimiyyətinin imperiya və digər ambisiyalarını özündə ehtiva edən ideoloqemadır. İdeoloqlarının sosial-mədəni fenomen kimi təqdim-təbliğ etdikləri “rus aləmi” Donbas təcrübəsində isə məhz “aqressiya silahı”na çevrildi. Elə RF xarici işlər naziri Sergey Lavrovun forumda səsləndirdiyi valideynlərindən biri rusiyalı olan qarışıq ailələrin övladlarına avtomatik olaraq Rusiya vətəndaşlığı vermək təşəbbüsündən də Putinin ekspansiya siyasətinin iyi gəlir...

Aşkar görünür ki, Kreml “Rus aləmi”ni “yumşaq güc” aləti kimi Rusiyanın yürütdüyü xarici siyasətin, xüsusilə də postsovet məkanındakı geosiyasi manevrlərinin sərt elementinə çevirməkdə israrlıdır...

Rus siyasətinin gözü kənarlardadır, evə yığışmaq istəmir. Bir lətifə var, kansler Bismarkdan feyk sitat kimi məşhurdur: “Rus ayısını mağarasından çıxarmağın 100 üsulunu bilirəm, amma onu ora geri soxmağın bir yolunu belə bilmirəm”. Amma biz bir dəfə bu yolu tapmışdıq, sonra əfqanlar da tapdı...
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Paşinyan Təhlükəsizlik Şurasının iclasını çağırdı 6 Dekabr 2021, 15:44 “Qaraheybət” şəhidlərinin ailələrinə 11 min manat sığortapulu VERİLƏCƏK 6 Dekabr 2021, 15:38 AccessBank-dan illik 11%-dək qazandıran depozit 6 Dekabr 2021, 15:33 Könüllülər Forumu başladı - FOTO 6 Dekabr 2021, 15:28 Baş Prokurorluq: “Qaraheybət” qəzasının “qara qutu”su ARAŞDIRILIR 6 Dekabr 2021, 15:23 Qadınları cinsi istismara məruz qoyan şəxsə hökm oxundu 6 Dekabr 2021, 15:20 “Pfizer” vaksinini harda pulsuz vurdurmaq olar... 6 Dekabr 2021, 15:19 500 mindən çox cərimə LƏĞV EDİLDİ 6 Dekabr 2021, 15:18 Xalq artistinə ağır itki üz verdi 6 Dekabr 2021, 15:16 Amnistiya ən çox bu şəhərdə tətbiq olunub 6 Dekabr 2021, 15:11 1921 məhkum azadlığa BURAXILIB 6 Dekabr 2021, 15:06 Şuşada tikilən məktəb gələn ilin dekabrında hazır olacaq - Nazir 6 Dekabr 2021, 15:03 Amnistiyaya düşən əcnəbilərin SAYI 6 Dekabr 2021, 15:00 Zəfər amnistiyası 3676 məhkuma şamil edilib 6 Dekabr 2021, 14:55 Rusiyada da "Omicron" aşkarlandı 6 Dekabr 2021, 14:50 Yas məclislərinə qoyulan qadağada dəyişiklik OLMAYACAQ 6 Dekabr 2021, 14:46 Həmkarlar ittifaqları arasında MEMORANDUM 6 Dekabr 2021, 14:40 Prezident və ailə üzvləri Qubada... 6 Dekabr 2021, 14:36 Qarabağ və Şərqi Zəngəzurun demoqrafik göstəriciləri açıqlandı 6 Dekabr 2021, 14:30 Putin-Bayden görüşünün gündəliyi açıqlandı 6 Dekabr 2021, 14:26 “Qaraheybət”in yarımçıq qoyduğu daha bir ömür – “Kaş balası olaydı, Ceyhunun qoxusunu ondan alaydım” 6 Dekabr 2021, 14:14 “Şollerin arxivi” filminə görə həm mükafat aldım, həm də iş təklifi - Cəlaləddin Qasımov 6 Dekabr 2021, 14:08 Müxalifət hakimiyyətə gəlsəydi, Belarus olmayacaqdı - Lukaşenko 6 Dekabr 2021, 14:02 Aberdində Azərbaycan icması ilə görüş - FOTO 6 Dekabr 2021, 13:56 UNEC-də laboratoriyaya Aziz Sancarın adı verildi - FOTO 6 Dekabr 2021, 13:50 Baş redaktor alimlərin pulunu mənimsəyib - AMEA-dan DİN-ə şikayət 6 Dekabr 2021, 13:44 Ata həbsdə olan oğluna “sovqat” apardı - FOTO 6 Dekabr 2021, 13:40 Ərzaq 3 dəfə BAHALAŞIB - İnflyasiya riski artır 6 Dekabr 2021, 13:35 Xarıbülbül simvollu corab kütləvi qəzəbə səbəb oldu - Deputat və Şəhid xanımından ETİRAZ 6 Dekabr 2021, 13:30 Rusiya - Ukrayna cəbhəsi yenidən ALOVLANIR - Hər an müharibə başlaya bilər 6 Dekabr 2021, 13:25 Mir Möhsün Nəvvabın Cıdır düzündə yerləşən məzarı bərpa olundu 6 Dekabr 2021, 13:20 Ov qaydalarını pozanlar cəzalandırıldı 6 Dekabr 2021, 13:15 Ərdoğan BƏƏ-yə səfər edəcək 6 Dekabr 2021, 13:10 Geri qayıdacaq köçkünlərin statusu ilə bağlı sənəd hökumətə TƏQDİM OLUNDU 6 Dekabr 2021, 13:06 Ukrayna-Rusiya sərhədini qanunsuz keçmək istəyən azərbaycanlılar SAXLANILDI 6 Dekabr 2021, 13:00
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?