Modern.az

Qardaş ölkədə ağır qəza

Qardaş ölkədə ağır qəza

Aktual

17 Oktyabr 2021, 08:49

Qırğızıstanın Talas rayonunun Kara-Oy kəndində baş verən avtomobil qəzasında səkkiz nəfər həyatını itirib.

 

Modern.az Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Suusamır-Talas-Taraz avtomobil yolunun 61-ci kilometrində baş verən qəza “Honda-Stepvaqon” minik maşınının “DAF” ağır yük maşını ilə toqquşması nəticəsində baş verib.

 

Məlumatda bildirilir ki, ölənlərin yeddisi kişi, biri qadındır.

 

Qəzanın baş vermə səbəbləri araşdırılır.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır