Modern.az

Üç ölkənin məxfi görüşü: İrana qarşı koalisiya yaradılır?

Üç ölkənin məxfi görüşü: İrana qarşı koalisiya yaradılır?

Dünya

18 Oktyabr 2021, 13:34

Yaxın günlərdə İsrail, Rusiya və Amerika Milli Təhlükəsizlik Şuralarının İranla bağlı görüş keçirməsi gözlənilir.

 

İsrailin Rusiyadakı səfiri Aleksandr bin Zevi rəsmi Təl-Əviv, Moskva və Vaşinqtonun görüşü ilə bağlı anlaşma əldə edildiyini bildirib: “Görüşün günü və saatı hələlik dəqiqləşdirilməyib. Biz toplantıya ev sahibliyi etməyə hazırıq, ancaq bununla bağlı hansısa razılaşma əldə olunmayıb”.

 

Üçtərəfli görüşdə İranın nüvə proqramının müzakirəsinin əsas gündəm olacağı gözlənilir.

 

Siyasi ekspert Elman Vəliyev Modern.az-a açıqlamasında bildirib ki, İranın son zamanlar nüvə silahını əldə etmək üçün uranı zənginləşdirməsi supergücləri adekvat hərəkət etməyə vadar edir:

“Yaxın zamanlarda ABŞ, İsrail və Rusiya Təhlükəsiz Şuraları bir araya gələcək. Əsas müzakirə predimeti İran olacaq. Bu 3 dövlətin heç biri istəməz ki, İran nüvə dövləti olsun. İranın gücü ilk növbədə İsrail üçün bir fəlakətdir. Xamenei bütün səviyyələrdə dəfələrlə nüvə bombasına sahib olacağı təqdirdə ilk hücumunu dərhal İsrailə edəcəyini bildirmişdi. Bütün paradlarda İran raketlərinin üzərinə “İsrailə ölüm” yazılır. Ona görə də İsrail İranın nüvə silahına sahib olmasına icazə verməyəcək. Rusiya İrana öz maraqlarını təmin etmək üçün uyğun bir mövqe kimi baxır. Yəni Amerikaya, İsrailə, hətta Türkiyəyə qarşı istifadə edə biləcəyi bir dövlət kim yanaşır. Ancaq istəməz ki, bölgədə nüvə silahı olan bir İran olsun. İranla 2015-ci ildə anlaşma imzaladıqdan sonra bu sahədə olan fəaliyyətini dayandırmışdı, ancaq sabiq Amerika prezidenti Donald Trampın sanksiyaları daha da artırması İranın anlaşmanı pozması ilə nəticələndi”.

 

Bəs İran siyasi və iqtisadi təzyiq fonunda nüvə proqramından və uranın zənginləşdirilməsindən imtina edə bilər?

 

“İranın sanksiyalardan beli bükülür desək, yanılmarıq. Valyutası ən dəyərsiz valyutalardandır. Məntiqlə siyasət yeritsə, mübarizə aparmaqdansa, özünə sərf edən formada bir anlaşma imzalasa daha yaxşı olar. Çünki hal-hazırda İranın bu siyasətinə qarşı olan çox dövlət var. Almaniya kansleri Angela Merkel də İsrail tərəfi ilə görüşəndə İranın yanlış yolda olduğunu vurğulamışdı. Zənn edirəm ki, İran uzlaşmaya doğru addımlar atacaq. Hazırkı Bayden adminstrasiyası da uzlaşmaya meyillidir”,- deyə ekspert bildirib.

 

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin İsrail Baş naziri Naftali Bennet ilə oktyabrın 22-də Soçidə baş tutacaq görüşündən sonra üçtərəfli görüşün də keçiriləcəyi ehtimal olunur.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir