Modern.az

Musa Quliyev Gəncədə seçicilərilə - FOTOLAR

Musa Quliyev Gəncədə seçicilərilə - FOTOLAR

Aktual

18 Oktyabr 2021, 16:42

Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyevin oktyabrın 18-də Gəncədə seçicilərlə növbəti görüşü olub.

 

Modern.az-ın məlumatına görə, qəbula gələn vətəndaşların müraciətləri əsasən, məşğulluq, əlilik, pensiya təminatı, müalicə ilə bağlı olub. Seçicilərini diqqətlə dinləyən millət vəkili qaldırılan problemlərin bir hissəsinin yerindəcə həll olunması üçün müvafiq qurumlarla əlaqə saxlayıb.


Digər qrup problemlərlə əlaqədar şikayətçilərin ərizələri qəbul edilib və müvafiq mərkəzi icra orqanlarına yönləndiriləcək.


Musa Quliyev həm də Gəncədə Şəhidlər xiyabanını ziyarət edib, onların məzarlarına gül dəstələri qoyub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi