Arxiv
18 Oktyabr 2021, 19:05 | AKTUAL
Ceyhun Bayramov BQXK rəsmisini qəbul etdi - FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vitse-prezidenti Qil Karbonyenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

 

XİN-dən Modern.az-a verilən məlumata görə, görüşdə C.Bayramov ölkəmizin BQXK ilə faydalı əməkdaşlığı yüksək qiymətləndirdiyini qeyd edib. Son bir il ərzində qarşı tərəflə bir sıra görüşlərin, o cümlədən BQXK-nın Cenevrə ofisində, habelə beynəlxalq platformalar çərçivəsində keçirilmiş görüşlərin bunun bariz nümunəsi olduğunu bildirib. Ölkəmizin BQXK-nın beynəlxalq hüquqa və müvafiq BMT qətnaməsinə uyğun olaraq Azərbaycan ərazisindəki humanitar missiyasının həyata keçirilməsinə hər zaman dəstək verdiyi vurğulanıb və bu xüsusda, qarşı tərəflə dialoqun davam etdirilməsinin əhəmiyyəti səsləndirilib.

 

C.Bayramov qarşı tərəfə bölgədə münaqişə sonrası yaranmış yeni reallıqlar və Azərbaycan tərəfindən 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə əlaqədar həyata keçirilən konkret addımlar barədə ətraflı məlumat verib.

 

BQXK-nın vitse-prezidenti Qil Karbonye Azərbaycan hökuməti tərəfindən təşkilatın fəaliyyətinə göstərilən dəstəyə və əməkdaşlığa görə məmnunluğunu ifadə edib. Bölgədəki yeni reallıqları nəzərə alaraq mövcud humanitar prioritetlər əsasında qarşılıqlı fəaliyyətin davam etdirilməsinin vacibliyi vurğulanıb. Vitse-prezident hazırkı mərhələdə Azərbaycan tərəfi ilə erkən bərpa, sağlamlıq, tibb işçilərinin təlimi, habelə humanitar fəaliyyətə yeni texnologiyaların cəlb edilməsi və s. istiqamətlərdə fəaliyyətin həyata keçirilməsindən bəhs edib. O, həmçinin Yaxın Şərq bölgəsindən Azərbaycan əsilli vətəndaşlarının, xüsusilə qadın və uşaqların ölkəyə qaytarılması istiqamətində Azərbaycan tərəfindən görülən işlərin təqdirəlayiq olduğunu bildirib.

 

C.Bayramov itkin düşmüş azərbaycanlılar barədə məlumatın əldə edilməsinin ölkəmiz üçün əhəmiyyət kəsb etdiyini söyləyib və bu xüsusda BQXK-nın hələ 1-ci Qarabağ müharibəsindən itkin düşmüş şəxslər barədə məlumatın toplanması istiqamətində gördüyü işlərin yüksək qiymətləndirildiyini qeyd edib.

 

Tərəflər həmçinin BQXK-nın bölgədəki humanitar missiyası ətrafında fikir mübadiləsi aparıblar.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan-Aİ əməkdaşlığı müzakirə edildi 2 Dekabr 2021, 23:10 Azərbaycan və Yunanıstan XİN başçıları arasında GÖRÜŞ 2 Dekabr 2021, 22:54 Ceyhun Bayramov avstriyalı həmkarı ilə GÖRÜŞDÜ 2 Dekabr 2021, 22:42 Cənubi Koreyada ABŞ hərbçilərinin sayı dəyişməyəcək 2 Dekabr 2021, 22:28 İctimai Şuradan Tofiq Yaqublu ilə bağlı Nazirliyə müraciət 2 Dekabr 2021, 22:12 Misir XİN-dən başsağlığı 2 Dekabr 2021, 21:56 Birliyimiz əbədi olmalıdır 2 Dekabr 2021, 21:51 Tofiq Yaqublu prokurorluğa çağırıldı 2 Dekabr 2021, 21:47 Yaşadığı evi tərk edən koronavirus xəstəsi aşkarlandı 2 Dekabr 2021, 21:40 Sabah bu ərazidə qaz kəsiləcək 2 Dekabr 2021, 21:25 45 milyon insan aclıqla üzləşə BİLƏR 2 Dekabr 2021, 21:11 Ceyhun Bayramov ATƏT-in iclasında iştirak etdi 2 Dekabr 2021, 20:55 Balakəndə karantini pozanlar cərimələndi 2 Dekabr 2021, 20:45 Sərhəd məsələsində Azərbaycanın gözləntisi AÇIQLANDI 2 Dekabr 2021, 20:30 Şirvan sakinlərində narkotik AŞKARLANDI 2 Dekabr 2021, 20:22 "Ermənistana əlavə təzyiqlərin göstərilməsinə ehtiyac var" 2 Dekabr 2021, 20:09 “Brent” nefti ucuzlaşdı 2 Dekabr 2021, 20:07 Suriyada terakt - 10 neftçi öldü 2 Dekabr 2021, 19:55 Mədəniyyətlərarası dialoq forumu gələn il Bakıda keçiriləcək 2 Dekabr 2021, 19:49 "Münaqişə başa çatıb" - Ceyhun Bayramov 2 Dekabr 2021, 19:45 Azərbaycanda sosial müdafiə xərcləri artırılıb 2 Dekabr 2021, 19:42 Britaniya səfiri nazir müavini ilə görüşdü 2 Dekabr 2021, 19:27 Azərbaycandan neft hasilatının artırılmasına RAZILIQ 2 Dekabr 2021, 19:21 Ermənistan 22 muzeyi dağıdıb - Hesabat 2 Dekabr 2021, 19:09 Prezident Mark Şnayeri QƏBUL ETDİ 2 Dekabr 2021, 19:04 Zaur Əliyev bu mərkəzin yeni tərkibini TƏSDİQLƏDİ 2 Dekabr 2021, 19:00 Ermənilərin Qarabağda dağıtdığı ABİDƏLƏR 2 Dekabr 2021, 18:54 Deputat Avronest PA-nın Büro iclasında 2 Dekabr 2021, 18:48 Çavuşoğlu ilə Lavrov GÖRÜŞÜB 2 Dekabr 2021, 18:42 Manatın məzənnəsi sabit qaldı 2 Dekabr 2021, 18:36 Orduda hərbi cinayətlərin sayı azalıb - Rəsmi 2 Dekabr 2021, 18:30 İlham Əliyev Nobel mükafatçısı Aziz Sancarı qəbul edib 2 Dekabr 2021, 18:24 Azay Quliyev Büroda Soçi Bəyanatının mahiyyətini açıqladı 2 Dekabr 2021, 18:18 GUAM-a üzv dövlətlər protokol İMZALADI 2 Dekabr 2021, 18:12 Bakıda 27 narkotacir saxlanıldı - VİDEO 2 Dekabr 2021, 18:06
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?