Arxiv
20 Oktyabr 2021, 00:23 | MEDİA
Sabiq Baş konsul Elnur Əşrəfoğludan YAZDI

İbrahim Nəbioğlu

2003-cü ilin avqust ayının sonları idi.


İstanbula yenicə Baş konsul təyin olunmuşdum.


Qərargahı İstanbulda olan Türk Silahlı Qüvvələrinin 1-ci Ordu komandanlığına təbrik ziyarətinə gedirdim. Türk Ordusunun önəmli komandanlarından biri, Orgeneral (Ordu generalı) Yaşar Böyükanıt yenicə 1-ci Ordu Komandanı təyin olunmuşdu. Azərbaycan Dövləti adından Yaşar Paşanı təbrik ziyarəti üçün Bosforu Avropadan Asiyaya keçirdim.


Yolda qardaşım zəng vurdu ki, Elnur Əşrəfoğlu İstanbuldadır, sənin nömrəni istədi, mən də verdim dedi. “Yaxşı elədin” dedim, “Zəng eləsin, mütləq görüşəcəm”, - əlavə elədim. “Yox, sən zəng vur, abırlı adamdır axı, birdən narahatlıq vermək istəməz”, - qardaşım israr etdi.


Elnur mənim keçmiş iş yoldaşım idi, bir-birimizi çox istəyirdik. Amma qardaşımla daha çox yaxınlıq edirdi. Məndən yaşca kiçik olduğu üçün yəqin…


Elnura zəng vurdum maşından. Sabah İstanbuldan hansısa idman yarışı üçün hansısa ölkəyə uçacağını dedi. “Olduğun yerdə qal, indi maşın gəlib səni tapacaq” söylədim…


1-ci Ordu Komandanlığı İstanbulun Anandolu yaxasında – Asiyadakı tarixi Selimiye Kışlasında yerləşir. Türk Hərb Tarixinin önəmli hadisələrinə səhnə olan bu əfsanəvi məkana ayaq basmaq, oranın havasını tənəffüs etmək hər bir insan üçün əlçatmaz bir xəyaldır. Telefonumu sürücüyə verib Yaşar Paşanın üst mərtəbələrdə yerləşən möhtəşəm otağına çıxdım…


Görüşdən sonra Yaşar Paşa nəzakətlə məni yola salanda yavəri bizə yaxınlaşıb yavaşca nəsə dedi. Fanatik futbol həvəskarı olan Yaşar Böyükanıt mənə tərəf dönüb gülümsəyərək “Sizin önəmli spor spikeriniz kapıdaymış” dedi və əlavə etdi: “Buraları gezdirmişler” (Selimiye Kışlasına girmək normal şərtlərdə nəinki çətindir, mümkün deyil).


Binadan çıxanda Elnur sevinclə mənə sarılıb: “Dünyanın çox ölkəsində olmuşam, nə belə bir yer görmüşəm, nə də bayraqlı maşına minmişəm”…


Sürücüm Mehmet Elnurun dalınca gedəndə xidməti maşındakı Azərbaycan bayrağını (xaricdəki diplomatik missiyaların başçılarının xidməti maşınlarında sağ tərəfdə təmsil etdiyi ölkənin bayrağı dalğalanır) çıxarmayıb ki, gecikməsin, ehtiyat zolaqdan sürsün avtomobili. Elnur da Selimiyeye gələndə yolboyu polislər ona salam verib, maşına öncəlik tanıyıblar.


Axşam Üsküdarda, Bosforun sahilindəki balıq restoranlarından birində Elnurla gecəyarısına qədər dadı damağımızda qalan bir axşam yeməyi yedik, doyunca söhbət etdik.


Bu dəqiqə, bu sətirləri yazarkən onun güləş üzü gözümün önündən getmir.


Çox kədərliyəm. Sarsılmışam.


Əlvida, əziz dost!


Torpağın bol olsun!

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İsrail və Mərakeş arasında NORMALLAŞMA nə vəd edir? 2 Dekabr 2021, 23:43 Ceyhun Bayramov islandiyalı həmkarı ilə görüşdü 2 Dekabr 2021, 23:38 Azərbaycan və Yunanıstan XİN başçıları arasında görüş - YENİLƏNİB 2 Dekabr 2021, 23:36 SOCAR işçisi dənizdə itkin düşdü 2 Dekabr 2021, 23:23 Azərbaycan-Aİ əməkdaşlığı müzakirə edildi 2 Dekabr 2021, 23:10 Ceyhun Bayramov avstriyalı həmkarı ilə GÖRÜŞDÜ 2 Dekabr 2021, 22:42 Cənubi Koreyada ABŞ hərbçilərinin sayı dəyişməyəcək 2 Dekabr 2021, 22:28 İctimai Şuradan Tofiq Yaqublu ilə bağlı Nazirliyə müraciət 2 Dekabr 2021, 22:12 Misir XİN-dən başsağlığı 2 Dekabr 2021, 21:56 Birliyimiz əbədi olmalıdır 2 Dekabr 2021, 21:51 Tofiq Yaqublu prokurorluğa çağırıldı 2 Dekabr 2021, 21:47 Yaşadığı evi tərk edən koronavirus xəstəsi aşkarlandı 2 Dekabr 2021, 21:40 Sabah bu ərazidə qaz kəsiləcək 2 Dekabr 2021, 21:25 45 milyon insan aclıqla üzləşə BİLƏR 2 Dekabr 2021, 21:11 Ceyhun Bayramov ATƏT-in iclasında iştirak etdi 2 Dekabr 2021, 20:55 Balakəndə karantini pozanlar cərimələndi 2 Dekabr 2021, 20:45 Sərhəd məsələsində Azərbaycanın gözləntisi AÇIQLANDI 2 Dekabr 2021, 20:30 Şirvan sakinlərində narkotik AŞKARLANDI 2 Dekabr 2021, 20:22 "Ermənistana əlavə təzyiqlərin göstərilməsinə ehtiyac var" 2 Dekabr 2021, 20:09 “Brent” nefti ucuzlaşdı 2 Dekabr 2021, 20:07 Suriyada terakt - 10 neftçi öldü 2 Dekabr 2021, 19:55 Mədəniyyətlərarası dialoq forumu gələn il Bakıda keçiriləcək 2 Dekabr 2021, 19:49 "Münaqişə başa çatıb" - Ceyhun Bayramov 2 Dekabr 2021, 19:45 Azərbaycanda sosial müdafiə xərcləri artırılıb 2 Dekabr 2021, 19:42 Britaniya səfiri nazir müavini ilə görüşdü 2 Dekabr 2021, 19:27 Azərbaycandan neft hasilatının artırılmasına RAZILIQ 2 Dekabr 2021, 19:21 Ermənistan 22 muzeyi dağıdıb - Hesabat 2 Dekabr 2021, 19:09 Prezident Mark Şnayeri QƏBUL ETDİ 2 Dekabr 2021, 19:04 Zaur Əliyev bu mərkəzin yeni tərkibini TƏSDİQLƏDİ 2 Dekabr 2021, 19:00 Ermənilərin Qarabağda dağıtdığı ABİDƏLƏR 2 Dekabr 2021, 18:54 Deputat Avronest PA-nın Büro iclasında 2 Dekabr 2021, 18:48 Çavuşoğlu ilə Lavrov GÖRÜŞÜB 2 Dekabr 2021, 18:42 Manatın məzənnəsi sabit qaldı 2 Dekabr 2021, 18:36 Orduda hərbi cinayətlərin sayı azalıb - Rəsmi 2 Dekabr 2021, 18:30 İlham Əliyev Nobel mükafatçısı Aziz Sancarı qəbul edib 2 Dekabr 2021, 18:24
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?