Arxiv
20 Oktyabr 2021, 14:44 | ÖLKƏ
Baş direktor rüşvətlə YAXALANDI

“Qusar rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktorunun qanunsuz əməlləri barəsində daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

 

Bu barədə Baş Prokurorluqdan Modern.az-a verilən məlumatda bildirilib.

 

Müəyyən edilmişdir ki, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ-in direktoru Zeynalov Mübariz Ağakərim oğlu həmin tibb müəssisəsinin həkim-stomatoloqunun xidməti istifadəsinə veriləcək stomatoloji qurğunun adının xəstəxana tərəfindən büdcə vəsaiti hesabına alınacaq avadanlıqların siyahısına salınmaqla ona təqdim edilməsi müqabilində sonuncudan rüşvət qismində istədiyi 2.000 manat pul vəsaitinin 1.000 manatını alıb.

 

Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Mübariz Zeynalov tələb etdiyi rüşvətin qalan 1.000 manat məbləğini 19 oktyabr 2021-ci ildə xəstəxanadakı xidməti otağında rüşvət qismində alarkən cinayət başında yaxalanıb. 

 

Faktla bağlı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.1-ci (rüşvət alma) maddələri ilə cinayət işi başlanaraq, Mübariz Zeynalov şübhəli şəxs qismində tutulub.

Rəsmi məlumata görə, hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Müştərilərə qəlyan təklif edən şəxs həbs olundu 9 Dekabr 2021, 14:45 Azərbaycan hər zaman zəfərlərə yol açacaq 9 Dekabr 2021, 14:40 İranda 78 nəfər koronavirusdan öldü 9 Dekabr 2021, 14:36 Tovuz çayı üzərində körpü tikilir 9 Dekabr 2021, 14:32 Azərbaycanda daha bir qadağa LƏĞV OLUNUR 9 Dekabr 2021, 14:28 Xəzər sahilində təyyarə yerə çırpılıb - Xəsarət alanlar var 9 Dekabr 2021, 14:23 Lerikdə dağ-meşə ərazisində yanğın olub 9 Dekabr 2021, 14:20 Bu jurnalistlərə vahid vəsiqə veriləcək 9 Dekabr 2021, 14:16 Bəzi jurnalistlərə güzəşt və imtiyazlar veriləcək 9 Dekabr 2021, 14:12 Dövlət Komitəsində britaniyalı analitiklərlə GÖRÜŞ 9 Dekabr 2021, 14:08 Mərkəzi Bank banklara vaxt verdi  9 Dekabr 2021, 14:05 Bir ildə 189 vətəndaşımız minaya düşüb - RƏSMİ 9 Dekabr 2021, 14:03 Almaniyanın "İşıqfor hökuməti” nə vəd edir? - ŞƏRH 9 Dekabr 2021, 14:00 Aşıq Ələsgərin nəvəsi - Metrostansiyalardan birinə babamın adı verilsin! 9 Dekabr 2021, 13:58 Onlayn medianın təsisi üçün icazə tələb olunmayacaq 9 Dekabr 2021, 13:54 “Beşiktaş”ın baş məşqçisi istefa verdi 9 Dekabr 2021, 13:50 Media orqanlarının bir-birlərindən xəbər “oğurlaması” qadağan edilir 9 Dekabr 2021, 13:47 Şuşadakı mina partlayışı ilə bağlı cinayət işi AÇILDI 9 Dekabr 2021, 13:43 ANAMA Daşaltıda minaya düşən şəxslərlə bağlı məlumat YAYDI 9 Dekabr 2021, 13:40 Misir Mərdanov: “Müsahibə verdim, qalmaqal yarandı, daha danışmıram...” 9 Dekabr 2021, 13:35 Şuşada məktəb tikintisinə BAŞLANILIR 9 Dekabr 2021, 13:29 İstanbulda Heydər Əliyevin Anım Günü keçirilib 9 Dekabr 2021, 13:24 Ağalı kəndində təhsil distant olacaq - Nazir 9 Dekabr 2021, 13:20 200 şəhid portreti çəkən lerikli rəssam - VİDEO 9 Dekabr 2021, 13:15 Prokuror Rasim Quliyevə 6 il iş istədi 9 Dekabr 2021, 13:12 Sabah Bakıda yağış yağacaq 9 Dekabr 2021, 13:09 Bağlanan Məktəb-Lisey Kompleksi açıldı 9 Dekabr 2021, 13:05 Təhsil Nazirliyi yanında İctimai Şuranın yeni sədri SEÇİLDİ 9 Dekabr 2021, 13:00 Ağdam və Cəbrayılda məktəb layihələndirilməsi aparılır 9 Dekabr 2021, 12:55 Şuşada iki nəfər minaya düşərək həlak oldu 9 Dekabr 2021, 12:50 Azərbaycana narkotik keçirmək istəyən şəxs sərhədçilərimizə hücum etdi - FOTOLAR 9 Dekabr 2021, 12:45 Epidemik proses nəzarətdədir - Təyyar Eyvazov 9 Dekabr 2021, 12:40 Putinin yeni PLANI - Moskva hədəfi nəyə hesablayıb? - ŞƏRH 9 Dekabr 2021, 12:36 Rusiyaya saxta COVID-19 pasportu aparmaq istəyən şəxsə cinayət işi açıldı 9 Dekabr 2021, 12:30 Səhiyyə Nazirliyindən “omicron” ştamı ilə bağlı XƏBƏRDARLIQ 9 Dekabr 2021, 12:25
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?