Arxiv
21 Oktyabr 2021, 11:26 | QARABAĞ
İlham Əliyev və Birinci xanımın Zəngilan səfərindən FOTOLAR

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 20-də Zəngilan rayonunda səfərdə olublar.

 

Modern.az xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rayonun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış oldular. İlk “Ağıllı kənd” layihəsinin təməli 2021-ci ilin aprelində dövlətimizin başçısı tərəfindən qoyulub.

 

Kənd təsərrüfatı naziri İnam Kərimov məlumat verdi ki, layihənin icrası ilə bağlı 110 hektardan çox ərazidə tikinti işləri aparılır. İnnovativ tikinti materiallarından istifadə olunmaqla tam izolyasiya olunmuş 200 fərdi ekoloji evin, ikimərtəbəli 4 qeyri-yaşayış binasının, 360 şagird yerlik məktəbin və 60 yerlik uşaq bağçasının tikintisi sürətlə davam etdirilir. Kənddə yaradılacaq “Ağıllı məktəb”də distant təhsilin aparılması üçün bütün imkanlar olacaq. Yeraltı kommunikasiya işlərindən içməli su, çirkab və sel suları xətlərinin qazma işlərinə başlanılıb. Park meydanında nəzərdə tutulmuş fəvvarənin ərazisində abadlıq işləri yekunlaşıb. Fəvvarədə quraşdırılacaq memarlıq abidəsi hazırlıq mərhələsindədir. Burada müasir şəhərsalma standartları tətbiq olunacaq. Piyada və velosiped yolları çəkiləcək. Bir sözlə, öz doğma yurdlarına qayıdacaq sakinlər üçün hərtərəfli şərait olacaq.

 

Onu da qeyd edək ki, burada kənd təsərrüfatının təşkili və inkişafı ilə bağlı bir sıra işlər görüləcək. Artıq kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə istifadə olunacaq torpaq sahələri müəyyənləşdirilib və lazımi innovativ texnikaların siyahısı hazırlanıb. “Ağıllı kənd təsərrüfatı”nda müasir suvarma sistemlərindən istifadə olunacaq. Bundan əlavə, “Ağıllı kənd” layihəsi üçün əkin planı hazırlanıb. Planda nəzərdə tutulmuş torpaq sahələrinin əkinə yararlılığı qiymətləndirilib və əkin üçün hazırlığa başlanılıb. Əkin planına əsasən müəyyənləşdirilən 600 hektar ərazidən 412 hektarının minalardan təmizlənməsi üçün müvafiq işlər aparılıb. “Ağıllı kənd”də kənd təsərrüfatı fəaliyyətinin bərpası və inkişafı üçün müvafiq şəraitin yaradılması məqsədilə layihə çərçivəsində ictimai fermanın qurulması nəzərdə tutulur. Fermada 250 baş iribuynuzlu və 600 baş xırdabuynuzlu mal-qaranın saxlanması mümkün olacaq. Burada “Ağıllı idarəetmə sistemi” data və təhlil mərkəzindən həyata keçiriləcək.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Niderland səfirindən qəza ilə bağlı AÇIQLAMA 1 Dekabr 2021, 00:11 Məktəb müəllimi koronavirusdan vəfat etdi 1 Dekabr 2021, 00:08 Laçının işğaldan azad edilməsindən 1 İL ÖTÜR 1 Dekabr 2021, 00:05 Aİ rəsmisindən helikopter qəzası ilə bağlı açıqlama 30 Noyabr 2021, 23:52 Zığdakı yanğın söndürüldü 30 Noyabr 2021, 23:32 İtaliyadan başsağlığı 30 Noyabr 2021, 23:13 İran silkələndi 30 Noyabr 2021, 22:59 BMT rəsmisindən başsağlığı 30 Noyabr 2021, 22:38 Ali təhsildə yeni ƏMƏKDAŞLIQ 30 Noyabr 2021, 22:15 Soçi bəyanatında Azərbaycanın MÖVQEYİ 30 Noyabr 2021, 22:13 Bakı-Naxçıvan təyyarəsi GERİ QAYITDI 30 Noyabr 2021, 21:57 Vilayət Eyvazov Rüstəm Mirəlizodanı qəbul etdi 30 Noyabr 2021, 21:51 Təqvimlərin savaşı: Noyabr qalibiyyət ayıdır – məğlubiyyət zənciri qırıldı 30 Noyabr 2021, 21:39 ABŞ Yunanıstana hərbi maşınlar verdi 30 Noyabr 2021, 21:33 Britaniyanın Baş qərargah rəisi istefa verdi 30 Noyabr 2021, 21:14 Qadın futbolçularımızdan ilk qələbə 30 Noyabr 2021, 20:54 "Qardaşlarımızın başı sağ olsun" - Akşener 30 Noyabr 2021, 20:31 Fələstin başsağlığı verdi 30 Noyabr 2021, 20:16 Fransa səfirindən başsağlığı 30 Noyabr 2021, 20:06 Jurnalistikanı çirkablara buraxmayaq 30 Noyabr 2021, 20:01 Ərdoğandan İlham Əliyevə başsağlığı - YENİLƏNİB 30 Noyabr 2021, 19:53 Kəşfiyyat haqqında qanuna DƏYİŞİKLİK 30 Noyabr 2021, 19:52 Britaniya səfirindən Azərbaycana başsağlığı 30 Noyabr 2021, 19:49 Elçin Quliyev: "Helikopter demək olar yenidir" 30 Noyabr 2021, 19:46 Prezident və birinci xanımdan şəhid hərbçilərin dəfni ilə bağlı TAPŞIRIQ 30 Noyabr 2021, 19:45 Milli Məclisin növbəti iclasının vaxtı və GÜNDƏLİYİ 30 Noyabr 2021, 19:41 Qəzada həlak olanlara şəhid statusu VERİLƏCƏK     30 Noyabr 2021, 19:34 "Yaralıların vəziyyəti normaldır" 30 Noyabr 2021, 19:28 Naxçıvanda döyüş atışlı taktiki təlimlər 30 Noyabr 2021, 19:27 Helikopter qəzası ilə bağlı şahidlər dindirilib 30 Noyabr 2021, 19:19 Helikopter qəzası ilə bağlı brifinq keçirildi - VİDEO 30 Noyabr 2021, 19:18 Siyasi müstəvidə növbəti ZƏFƏR 30 Noyabr 2021, 19:10 Türkiyəli nazirdən Azərbaycana başsağlığı 30 Noyabr 2021, 19:04 Hüquq müdafiəçiləri Saleh Rüstəmliyə baş çəkiblər 30 Noyabr 2021, 19:02 “Laçın Hava Limanının yeri və plan-sxemi hazırlanıb” - PA rəhbəri 30 Noyabr 2021, 19:00
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?