Modern.az

“Sabah”ın baş məşqçisi istefa verdi

“Sabah”ın baş məşqçisi istefa verdi

Aktual

21 Oktyabr 2021, 18:25

“Sabah” baş məşqçisi Ramin Quliyevlə yollarını ayırıb.

 

Modern.az xəbər verir ki, mütəxəssisin təqdim etdiyi istefa ərizəsi klub rəhbərliyi tərəfindən qəbul olunub. Bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb.

 

"Sabah" 7 turdan sonra 1 xalla Premyer Liqada turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

 

Qeyd edək ki, Quliyev bu ilin mart ayından “Sabah”ın baş məşqçisi idi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi