Modern.az

Kikboksçumuz 26-cı dəfə dünya çempionu oldu

Kikboksçumuz 26-cı dəfə dünya çempionu oldu

21 Oktyabr 2021, 19:06

Azərbaycan kikboksçusu, Daxili İşlər Nazirliyinin polis polkovnik-leytenantı, "Dinamo" İdman Cəmiyyətinin baş inspektoru Eduard Məmmədov İtaliyada veteranlar arasında keçirilən WAKO versiya üzrə dünya çempionatında qızıl medal qazanıb.

 

Modern.az xəbər verir ki, 63 kq-da mübarizə aparan idmançı finalda ukraynalı Artyom Kaşkurtsevi məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

Məmmədov WAKO versiya üzrə 6-cı, ümumi versiyalar üzrə isə 26-ci dəfə dünya çempionu olub.

 

44 günlük Vətən müharibəsindən sonra keçirdiyi ilk yarışda qalib olan kikboksçu qələbəsini şəhidlərin ruhuna həsr edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır