Arxiv
23 Oktyabr 2021, 10:55 | ZƏNGƏZUR
Ermənistan İran-Azərbaycan barışından NARAHATDI

İran və Azərbaycanın Zəngəzur bölgəsindən keçən Gorus-Qafan yolunda yaranmış narazılıqla bağlı çıxış yolu tapması Ermənistanda narahatlıq yaradıb.

Modern.az-ın məlumatına görə, erməni politoloqlar deyirlər ki, rəsmi Bakının Gorus-Qafan yolunda saxlanılan iki iranlı sürücünü azadlığa buraxmasını Tehranla Bakı arasında uzlaşmanın nəticəsi hesab etmək olar.

Bildirilir ki, Azərbaycan tərəfi sürücüləri azad edib, bunun müqabilində rəsmi Tehran da İran yük maşınlarına gələcəkdə Qarabağa getməməyi tövsiyə edib.

Şərqşünas Armen Petrosyan bildirib ki, bu iki hadisə bir zəncirin halqasıdır.

Petrosyanın sözlərinə görə, ilk baxışdan təbii ki, İran tərəfinin öz sürücülərinə Qarabağa getməməyi tapşırması Azərbaycanın təzyiqindən sonra geri çəkildiyinə işarədir:

“Amma Tehran rəsmisi Məhəmməd Cavad Hedayatinin müraciətinin İran nəqliyyat şirkətlərinin daşımalarına və davranışlarına nə dərəcədə təsir edəcəyini sonrakı hadisələr göstərəcək”.

O, bildirib ki, Hedayatinin məktubu hüquqi akt kəsb etmir, sadəcə tövsiyə xarakteri daşıyır.

“Nəticə etibarı ilə nəqliyyat şirkətləri öz fəaliyyətlərində böyük ölçüdə sərbəstdirlər, xüsusən nəzərə alsaq ki, Qarabağa yükdaşıma İran şirkətləri üçün də sərfəlidir - hazırda orada aktiv tikinti gedir və İran mallarına tələbat var: həm tikinti materialları, həm də neft məhsulları”.

Petrosyan güman edir ki, İran tərəfi Qarabağla qarşılıqlı faydalı iqtisadi əlaqələrin davam etdirilməsi variantlarını tapacaq.


İran-Azərbaycan münasibətlərinin hazırkı durumundan danışan erməni şərqşünas bildirib ki, düşmənçilik ritorikasının səviyyəsi bir qədər azalsa da, onlar gərgin olaraq qalır.

“Amma maraqlı olan Türkiyə prezidentinin bu qarşıdurmaya müdaxiləsidir. Oktyabrın 21-də Rəcəb Tayyib Ərdoğan jurnalistlərlə söhbətində əslində Tehranın Azərbaycanı “hədəfləməyə” davam edəcəyi təqdirdə İranı daxili partlayışla hədələmişdi. Ərdoğan “İranda çoxlu sayda etnik azərbaycanlı yaşayır, bu amil sizi düşündürəcək” sözünü elə-belə demədi. Türkiyə prezidentinin bu sözləri Azərbaycanın İranla siyasi qarşıdurmada tək olmadığını göstərir. Bakı Ankaranın açıq dəstəyindən istifadə edir”.

Erməni ekspertin sonrakı açqlamaları göstərir ki, İranla Azərbaycan arasındakı gərginliyin son günlər səngiməsi rəsmi İrəvanda diqqətlə izlənilir və Ermənistan hakimiyyətini narahat edir.

Ermənistanda ümid edirlər ki, İranla Azərbaycan arasında vəziyyət indi sakitləşsə belə, bu, yalnız müvəqqəti olacaq və tərəflər yenidən sərt qarşıdurma həddinə qayıdacaq. İrəvan rəsmiləri düşünürlər ki, əsas məsələlər üzrə tərəflər arasında fundamental fikir ayrılıqları qalacaq və heç bir müvəqqəti kompromis bu fikir ayrılıqlarını aradan qaldıra bilməyəcək. 


A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Altın Kelebek” mükafatı Azərbaycandan ona VERİLDİ 5 Dekabr 2021, 23:58 ABŞ prezidenti olmaq uğrunda qocaların YARIŞI 5 Dekabr 2021, 23:34 Bakıda kişi meyiti tapıldı 5 Dekabr 2021, 23:13 "Dost və qardaş Azərbaycanın yanındayıq" - Akar 5 Dekabr 2021, 23:01 Türkiyədə koronavirusla bağlı son vəziyyət 5 Dekabr 2021, 22:42 BƏƏ F-35-dən imtina edir? 5 Dekabr 2021, 22:14 Ərdoğan Qətərə gedir 5 Dekabr 2021, 21:59 Erməni “çoban”ı zərərsizləşdirən əsgərə mükafat vermək lazımdır... 5 Dekabr 2021, 21:45 Xəzər dənizində ZƏLZƏLƏ 5 Dekabr 2021, 21:29 Avstriyada qar uçqunu -  Ölən və yaralılar var 5 Dekabr 2021, 21:12 Nobel mükafatçısı Azərbaycanda brifinq KEÇİRƏCƏK 5 Dekabr 2021, 20:36 Mossadın direktoru İrana görə ABŞ-a gedir  5 Dekabr 2021, 20:27 Qəbələ Zirəni məğlub etdi 5 Dekabr 2021, 20:13 Türkiyə donanmasına yeni raket verildi 5 Dekabr 2021, 19:49 Nigerdə 29 əsgər öldürüldü 5 Dekabr 2021, 19:33 Türkiyə Vəkillər Kollegiyasına yeni sədr 5 Dekabr 2021, 19:19 Çavuşoğlu qətərli həmkarı ilə görüşdü 5 Dekabr 2021, 19:09 Azərbaycan Türkiyədən hərbi gəmi ala bilər 5 Dekabr 2021, 18:58 Putin Hindistana gedəcək 5 Dekabr 2021, 18:46 "Neftçi" "sülh"ə razılaşdı 5 Dekabr 2021, 18:36 Azərbaycanda Türkiyə vətəndaşları dəm qazından zəhərləndi 5 Dekabr 2021, 18:20 Papanı təhqir edən keşiş həbs edildi 5 Dekabr 2021, 18:15 Nazirlərin tualetindən kokain tapıldı 5 Dekabr 2021, 17:58 Səudiyyə Ərəbistanı və Fransa arasında müqavilə 5 Dekabr 2021, 17:45 Tanınmış jurnalist dünyasını dəyişdi 5 Dekabr 2021, 17:30 Minskdən Kiyevə nota 5 Dekabr 2021, 17:17 2 azyaşlı bacı dəm qazından zəhərləndi 5 Dekabr 2021, 17:05 Eltac Səfərli liderlər qrupunda 5 Dekabr 2021, 17:00 III doza vaksin vurduranlar 1 milyonu ÖTDÜ 5 Dekabr 2021, 16:44 Bu gün yoluxanlar: 1791 nəfər sağaldı 5 Dekabr 2021, 16:34 Oğuzda ev yandı  5 Dekabr 2021, 16:33 İlon Mask evsiz qaldı 5 Dekabr 2021, 16:29 Avropa Parlamentindən Kremlə ULTİMATUM 5 Dekabr 2021, 16:25 Türk ordusu 3 terrorçunu məhv etdi 5 Dekabr 2021, 16:18 Fati "Bavariya" ilə oyunu buraxacaq 5 Dekabr 2021, 16:04
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?