Modern.az

Magistraturaya hazırlaşanlara şad xəbər: yeni ixtisaslaşma yaradılır 

Magistraturaya hazırlaşanlara şad xəbər: yeni ixtisaslaşma yaradılır 

Təhsil

7 İyul 2026, 09:02

2026/2027-ci tədris ilindən Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində magistratura səviyyəsində “Onlayn və multimedia jurnalistikası” ixtisaslaşması üzrə kadr hazırlığına başlanılacaq.

Modern.az-ın məlumatına görə, yeni  ixtisaslaşma hər gün yenilənən rəqəmsal media mühitində peşəkar jurnalist fəaliyyətinin nəzəri və praktik əsaslarını öyrədir. Bu ixtisaslaşma magistrlərə konvergen xəbər istehsalı, multimedia məzmununun hazırlanması və sosial media platformalarında effektiv kommunikasiya bacarıqları qazandırır.

Tədris prosesində Konvergen jurnalistika, Media menecmenti, İnformasiya texnologiyaları, Media hüququ və etikası kimi fənlərə xüsusi diqqət yetiriləcək. Bu ixtisaslaşmada təhsil alan tələbələr müasir media alətlərindən istifadə etməklə məlumatı toplama, emal etmə və təqdimetmə bacarıqlarını inkişaf etdirəcəklər.

“Onlayn və multimedia jurnalistikası” ixtisaslaşması üzrə məzunlar onlayn media qurumları, xəbər portalları, televiziya və radiolar, həmçinin ictimaiyyətlə əlaqələr sahəsində fəaliyyət göstərə biləcəklər.

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...