Arxiv
25 Oktyabr 2021, 19:00 | AKTUAL
Rasim Quliyevin məhkəməsində sənədlər tədqiq edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) keçmiş Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

Modern.az-ın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsinə başlanıb. Məhkəmədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birinci müavini Namiq Hümbətovun bu il 7 oktyabrda "FF" tikinti şirkətinin rəhbəri Fərhad İbrahimova ünvanladığı məktub elan olunub. Məktubda bildirilir ki, binanın tikintisinə 2017-ci ildə başlanıb.

 

Prosesdə məktuba münasibət bildirən Rasim Quliyev deyib: "Məktubdan da məlum olur ki, artıq 2017-ci ildə binanın tikintisinə başlanılıb. Mənim imzamla sərəncam olanda artıq binanın tikintisi gedirdi. Əslində isə binanın tikintisinə 2015-ci ildə başlanıb. Ona görə də mənim imzaladığım sərəncam əhəmiyyətsiz olub".

 

İş materialındakı sənədlərdən məlum olub ki, "FF" şirkətinin inşa etdirdiyi binanın yerində yeni metrostansiyasının girişi nəzərdə tutulduğu üçün həmin yaşayış kompleksinin tikintisi dayandırılıb.

 

Məhkəmədə elan olunan sərəncamlardan məlum olub ki, şirkətin tikinti aparmasına 2012-ci il avqustun 1-də Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun imzası ilə ilk sərəncam verilib. 2014-cü il oktyabrın 28-də isə Hacıbala Abutalıbov həmin ərazidə tikinti aparılmasının dayandırılması barədə sərəncam verib. 2015-ci il oktyabrın 21-də isə H. Abutalıbov bir il vvəlki sərəncamın ləğv edilməsi barədə təkrar sərəncam imzalayıb. Bundan sonra 2012-ci ildə verilən sərəncam öz qüvvəsində qalıb.

 

Şirkət 2015-ci ildə ərazidə tikinti aparmaq üçün Xüsusi Tikinti Nişanı alsa da, məlum olub ki, 2015-2018-ci illərdə şirkətin həmin ərazidə tikinti-quraşdırma işləri aparması üçün Xüsusi Nişan qüvvəsini itirib. Buna görə də şirkət tikinti işləri aparmaq üçün yenidən sərəncam almalı olub. 31 may 2018-ci ildə Rasim Quliyev Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini səlahiyyətlərini müvəqqəti icra edən şəxs kimi tikintiyə icazə barədə sərəncam imzalayıb. Bundan sonra şirkətə yeni tikinti nişanı verilib.

 

2018-ci ilin 1 oktyabrında Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Rasim Quliyevin imzası ilə olan sərəncamı ləğv edib.

 

11 mart 2019-cu ildə Fövqəladə Hallar Nazirıiyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyi tikintinin dayandırılması barədə qərar verib. Bundan sonra isə 2019-cu il martın 13-də Nazirlər Kabineti şirkətə ərazidə 5 mərtəbə bina tikməsinə razılıq verib.

 

2019-cu il mayın 6-da mədəniyyət naziri Əbülfəz Qarayev Baş nazirin müavini Hacıbala Abutalıbova məktub göndərib. Məktubda bildirilib ki, Dilarə Əliyeva 141 və 145 saylı ünvandakı ikimərtəbəli binalar yerli əhəmiyyətli tarixi abidədir. Məktubda qeyd edilib ki, həmin binalar qəzalı vəziyyətdədir, binalarda çatlar əmələ gəlib.

 

Daha sonra Hacıbala Abutalıbova həmin binaların tarixi abidələr siyahısından çıxarılması üçün aidiyyəti qurumlara müraciət edib. Aidiyyəti qurumların bəziləri həmin binaların bərpasına külli miqdarda vəsait tələb olunduğunu əsas gətirərək bu binaların tarixi abidələrin siyahısından çıxarılmasına etiraz etməyib.

 

Prosesdə vəkillər məhkəməyə sənəd təqdim edib. Sənəddə Rasim Quliyevin hepatit xəstəliyindən əziyyət çəkdiyi göstərilib.

 

Proses noyabrın 1-də davam etdiriləcək.

 

Qeyd edək ki, Baş prokurorluğun məlumatına görə, paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən yaşayış binalarının, habelə yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi və yeni yaşayış binalarının tikintisinə dair “FF-2011” Mənzil Tikinti Kooperativinə qanunsuz icazə verilməsi faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaqı aparılır.

 

Aparılmış istintaqla Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsi üzrə səlahiyyətlərinin icrası həvalə edilmiş BŞİH başçısının Aparat rəhbəri vəzifəsində işləmiş Quliyev Rasim Vaqif oğlunun təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi qanunsuz üstünlük əldə etmək məqsədilə BŞİH başçısının Nəsimi rayonu ərazisində ofis və yaşayış binalarının tikilməsinə dair 31 may 2018-ci il tarixli 346 nömrəli sərəncamını şəxsən imzalamasına, bununla da sözügedən MTK-nın həmin ərazidə 1893-cü ildə inşa edilmiş yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin olmasını nəzərə almadan ayrı-ayrı fiziki şəxslərə məxsus olan mənzillərin, yaşayış və qeyri-yaşayış sahələrinin qanunsuz olaraq söküntüsünə başlamasına, habelə tikinti və söküntü işlərinin aparılmasının digər əsas şərtlərinin pozulmasına səbəb olmasına əsaslı şübhələr müəyyən olunub.

 

Qeyd edilənlər nəzərə alınmaqla, Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
II Yekaterinanın portreti 1.2 miltona satıldı - FOTOLAR 3 Dekabr 2021, 00:52 Dünya Bankından Əfqanıstana 280 milyon dollar 3 Dekabr 2021, 00:43 "Azərbaycan Əfqanıstandakı vəziyyəti yaxından izləyir" 3 Dekabr 2021, 00:18 "Omikron"a görə ümrə üçün tələblər DƏYİŞDİ 3 Dekabr 2021, 00:03 İran Baş qərargah rəisindən başsağlığı 2 Dekabr 2021, 23:51 İsrail və Mərakeş arasında "buzlar əriyir" 2 Dekabr 2021, 23:43 Ceyhun Bayramov islandiyalı həmkarı ilə görüşdü 2 Dekabr 2021, 23:38 Azərbaycan və Yunanıstan XİN başçıları arasında görüş - YENİLƏNİB 2 Dekabr 2021, 23:36 SOCAR işçisi dənizdə itkin düşdü 2 Dekabr 2021, 23:23 Azərbaycan-Aİ əməkdaşlığı müzakirə edildi 2 Dekabr 2021, 23:10 Ceyhun Bayramov avstriyalı həmkarı ilə GÖRÜŞDÜ 2 Dekabr 2021, 22:42 Cənubi Koreyada ABŞ hərbçilərinin sayı dəyişməyəcək 2 Dekabr 2021, 22:28 İctimai Şuradan Tofiq Yaqublu ilə bağlı Nazirliyə müraciət 2 Dekabr 2021, 22:12 Misir XİN-dən başsağlığı 2 Dekabr 2021, 21:56 Birliyimiz əbədi olmalıdır 2 Dekabr 2021, 21:51 Tofiq Yaqublu prokurorluğa çağırıldı 2 Dekabr 2021, 21:47 Yaşadığı evi tərk edən koronavirus xəstəsi aşkarlandı 2 Dekabr 2021, 21:40 Sabah bu ərazidə qaz kəsiləcək 2 Dekabr 2021, 21:25 45 milyon insan aclıqla üzləşə BİLƏR 2 Dekabr 2021, 21:11 Ceyhun Bayramov ATƏT-in iclasında iştirak etdi 2 Dekabr 2021, 20:55 Balakəndə karantini pozanlar cərimələndi 2 Dekabr 2021, 20:45 Sərhəd məsələsində Azərbaycanın gözləntisi AÇIQLANDI 2 Dekabr 2021, 20:30 Şirvan sakinlərində narkotik AŞKARLANDI 2 Dekabr 2021, 20:22 "Ermənistana əlavə təzyiqlərin göstərilməsinə ehtiyac var" 2 Dekabr 2021, 20:09 “Brent” nefti ucuzlaşdı 2 Dekabr 2021, 20:07 Suriyada terakt - 10 neftçi öldü 2 Dekabr 2021, 19:55 Mədəniyyətlərarası dialoq forumu gələn il Bakıda keçiriləcək 2 Dekabr 2021, 19:49 "Münaqişə başa çatıb" - Ceyhun Bayramov 2 Dekabr 2021, 19:45 Azərbaycanda sosial müdafiə xərcləri artırılıb 2 Dekabr 2021, 19:42 Britaniya səfiri nazir müavini ilə görüşdü 2 Dekabr 2021, 19:27 Azərbaycandan neft hasilatının artırılmasına RAZILIQ 2 Dekabr 2021, 19:21 Ermənistan 22 muzeyi dağıdıb - Hesabat 2 Dekabr 2021, 19:09 Prezident Mark Şnayeri QƏBUL ETDİ 2 Dekabr 2021, 19:04 Zaur Əliyev bu mərkəzin yeni tərkibini TƏSDİQLƏDİ 2 Dekabr 2021, 19:00 Ermənilərin Qarabağda dağıtdığı ABİDƏLƏR 2 Dekabr 2021, 18:54
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?