Modern.az

Azərbaycanlı tələbənin qatilinə HÖKM OXUNDU

Azərbaycanlı tələbənin qatilinə HÖKM OXUNDU

Hadisə

27 Oktyabr 2021, 15:42

Rusiyanın Volqoqrad şəhərində Azərbaycan vətəndaşı Timur Qavrilovu qətlə yetirməkdə təqsirli bilinən Vitali Vasilyevə hökm oxunub.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki,  Volqoqrad şəhər məhkəməsinin qərarı ilə 23 yaşlı Vitali Vasilyev 19 il müddətinə azadlıqdan məhrum edilib.

 

Vasilyev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Azad olunduqdan sonra 1,5 il azadlığı məhdudlaşdırılacaq cinayətkar 100 min rubl cərimə və Timur Qavrilovun anasına təzminat da ödəyəcək.

 

“Vladimir Vasilyev digər millətlərə nifrət təbliğ edən təşkilatın üzvü olub. Nəticədə, o, qeyri-rus millətindən olan birini öldürmək qərarına gəlib. O, Timuru seçərək arxasınca gedib, qaranlıq yerdə hücum edərək,  bıçaqlayıb”- deyə ittihamçı tərəf məhkəmədə cinayətin motivini açıqlamışdı.

 

 

Xatırladaq ki, 17 yaşlı Timur Qavrilov Volqoqrad Tibb Universitetinin 1-ci kurs tələbəsi olub. O, 2020-ci il iyunun 13-də küçədə hücuma məruz qalaraq 20 bıçaq zərbəsi ilə öldürülüb. Ailənin yeganə övladı olan Qavrilov Gəncədə dəfn edilib.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü