Modern.az

Eks-prezidentin müəmmalı ölümündən yeni xəbər

Eks-prezidentin müəmmalı ölümündən yeni xəbər

25 Noyabr 2012, 12:52

Fələstinin eks-prezidenti Yasir Ərafatın müəmmalı ölümü ilə bağlı yeni məlumat yayılıb. Modern.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, sabiq liderin məzarı noyabrı 27-də açılacaq. Belə ki, eks-prezidentin ailəsi onun radioaktiv element "polonium-210" ilə zəhərləndiyini iddia edirlər.

Qeyd edək ki, bu ilin avqust ayında Ərəfatın aiəsi tərəfindən edilən müraciətlə bağlı Fransada sabiq prezidentin 2004-cü ildə Parisdə ölümüylə əlaqədar istintaq başladılıb.

Aparılan tədqiqatlar zamanı Ərafata məxsus əşyalarda "polonium" zəhərinin təsbit etdildiyi aşkarlanıb. Rəsmi məlumatlarda isə Fələstin Qurtuluş Təşkilatı (FAT) liderinin qan sistemi pozuqluğundan iflic səbəbiylə öldüyü göstərilir.

Həmçinin başladılan cinayət işi ilə bağlı Fransa hüquq-mühafizə orqanları tərəfindən Ərəfatın həyat yoldaşı Süha Ərafatın Fransada şahid qismində dindirildiyi bildirilir.

Qeyd edək ki, Fələstin lideri Yasir Ərəfat 2004-cü ilin noyabrın 11-də Parisdə xəstəxanadan dünyasını dəyişib.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?