Modern.az

Qadınların dövlət işinə qəbulu TƏNQİD EDİLDİ

Qadınların dövlət işinə qəbulu TƏNQİD EDİLDİ

Təhsil

24 Noyabr 2021, 12:08

"Azərbaycanda dövlət qulluğu üzrə yardımçı vəzifələrə daha çox qadınlar işə götürülür".

 

Modern.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Dövlət Qulluğunda Gender Bərabərliyi üzrə Kurikulum” vəsaitinin təqdimatında deyib.

 

Onun sözlərinə görə, bütün növ imtahanlarda qadınlar kişilərlə bərabər bilik və bacarıq səviyyəsi nümayiş etdirirlər: "Hətta bir çox qadınlar kişilərlə müqayisədə yüksək nəticə əldə edirlər. Noyabrın 23-də dövlət qulluğuna qəbulla bağlı keçirilən imtahanda iştirak edənlərin 55 %-i kişilər idisə, yerdə qalanları qadınlar olub. Sertifikat alanların 50 %-i isə qadınlardır. Qadınlar əsasən ehtiyat kadr kimi sistemə daxil olur".

 

DİM sədri bildirib ki, bu rəqəm qadınlar üçün 58 faiz təşkil edir:

"Hazırda inzibati rəhbər vəzifələrində çalışan dövlət qulluqçularının sayı 3 111 nəfərdirsə, onun 17,01 faizi qadındır. Amma yardımçı vəzifələrdə çalışanların statistikasına baxdıqda bu rəqəmin 44 %-nin qadınların payına düşdüyünün şahidi olarıq. Qanuni nöqtəyi-nəzərdən bərabərliyin tətbiqində heç bir problem olmasa da, praktiki həyatda vəziyyət başqadır".

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi