Modern.az

"Neftçi" "Səbail"i məğlub etdi

Aktual

27 Noyabr 2021, 20:16

Futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun daha bir oyunu keçirilib.

 

Modern.az xəbər verir ki, günün ikinci matçında "Neftçi" "Səbail"i qəbul edib.

 

"Bakcell Arena"dakı qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Bu nəticədən sonra xallarının sayını 20-ə çatdıran hazırkı ölkə çempionu üçüncü pilləyə yüksəlib. "Dənizçilər" isə 9 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb.

 

Qeyd edək ki, günün ilk oyununda "Sabah" evdə "Keşlə"ni məğlub edib - 2:1. Turun digər 2 görüşü noyabrın 28-i və 29-da oynanılacaq. Müvafiq olaraq, "Sumqayıt" "Zirə"ni, "Qəbələ" isə "Qarabağ"ı qəbul edəcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!