Modern.az

Ermənistanın Azərbaycana  kiberhücumları - VİDEO

Ermənistanın Azərbaycana  kiberhücumları - VİDEO

Aktual

29 Noyabr 2021, 18:21

Azərbaycanın ən iri özəl kibertəhlükəsizlik müəssisəsi olan “Prosol” şirkəti beynəlxalq səviyyəli tədbirə evsahibliyi edib. Beynəlxalq kibertəhlükəsizlik günü”nə həsr olunan tədbirdə  Azərbaycanla yanaşı, bir sıra ölkələri təmsil edən kiber mütəxəssisləri iştirak edib. Konfransın əsas müzakirə mövzuları Azərbaycan, Türkiyə və İsrail modelləri, dərin müdafiə, kiber hədələrin və risklərin minimallaşdırılması və sairə olub.  


Modern.az xəbər verir ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov çıxışı zamanı 44 günlük Vətən müharibəsi dövründə düşmən tərəfindən Azərbaycanın dövlət informasiya resurslarına olunan hücumların sayını açıqlayıb. O, bildirib ki, Ermənistan tərəfindən 2 678 hücum həyata keçirilib, amma buna baxmayaraq onların hamısının  qarşısı  uğurla alınıb. İdarə rəisi həmçinin, dövlət qurumlarının informasiya sistemlərinin ildə 2 dəfə yoxlanıldığını deyib.
 

Konfransada iştirak edən turkiyəli mütəxəssis Səmra Erişkon ölkəsinin təcrübəsindən və kibertəhlükəsizlik sahəsində aparılan işlərdən danışıb.  

Qeyd edək ki, tədbir Azərbaycanda özəl sektor tərəfindən təşkil edilən ilk kibertəhlükəsizlik tədbiri olmasına baxmayaraq, diqqəti üzərinə cəkməyi bacarıb. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır