Modern.az

Bakıda 27 narkotacir saxlanıldı - VİDEO

Bakıda 27 narkotacir saxlanıldı - VİDEO

2 Dekabr 2021, 18:06

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının cari ilin noyabr ayının 15-dən həyata keçirdikləri silsilə əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Zabrat, Bakıxanov, Balaxanı və digər qəsəbələrində narkotik maddələrin qanunuz dövriyyəsi ilə məşğul olan daha 27 nəfər saxlanılıb.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

 

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər barəsində Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar başlanılıb. Saxlanılan şəxslərdən ümümilikdə 2 kiloqrama yaxın müxtəlif xassəli narkotik vasitə və psixotrop maddə aşkar edilib.

 

Qeyd olunan faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir. Sabunçu rayonunda narkotik vasitələrin dövriyyədən çıxarılması və qeydə alınan digər hüquqazidd əməlləri törədən şəxlərin ifşa edilmələri istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir