Modern.az

Sabah ilin sonuncu Günəş tutulması olacaq

Sabah ilin sonuncu Günəş tutulması olacaq

Aktual

3 Dekabr 2021, 12:42

Sabah ilin sonuncu Günəş tutulması baş verəcək.

 

N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Modern.az-a verilən məlumata görə, bu tutulma tam Günəş tutulmasıdır.

 

Tutulma hadisəsi 09:29:16-da başlayacaq və 13:37:26-da sona çatacaq. Tutulmanın maksimumu 11:34:38-də olacaq. Tutulma hadisəsi 4 saat 8 dəqiqə davam edəcək. Qismən tutulma hadisəsi Avstraliyanın cənubu, Afrikanın cənubu, Cənubi Amerikanın cənubu, Sakit, Atlantik, Hind okeanlarında, Tam tutulma isə Antarktida müşahidə olunacaq.

 

Tutulma hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü