Modern.az

Əfqanıstanda qadını zorla ərə vermək qadağan olundu

Əfqanıstanda qadını zorla ərə vermək qadağan olundu

3 Dekabr 2021, 16:57

Taliban rəhbərliyi Əfqanıstanda qadınların hüquqları ilə bağlı fərman imzalayıb.

Modern.az xəbər verir ki, fərmanın mətnini Taliban hərəkatının rəsmisi Zəbiullah Mücahid “Tvitter” səhifəsində yayımlayıb.

Taliban hərəkatının ali lideri Heybətullah Axundzadə tərəfindən imzalanan fərmanda qeyd olunub ki, qadını zorla ərə vermək qadağandır.

Fərmanda həmçinin bildirilib ki, əri öldüyü təqdirdə dul qadın onun əmlakının bir hissəsinə yiyələnmək hüququna malikdir. Bundan başqa,  dul qadın öz gələcək həyatını da özü təyin edə bilər, istəsə, ikinci dəfə ərə gedə bilər.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir