Modern.az

Gəncədə ev yandı

Gəncədə ev yandı

5 Dekabr 2021, 10:17

Gəncədə yaşayış binasında yanğın olub.

 

Modern.az-ın xəbərinə görə, hadisə Heydər Əliyev prospektindəki binaların birində baş verib.

 

Dərhal əraziyə FHN-in yanğınsöndürmə briqadası cəlb olunub. Alovun qonşu mənzillərə keçməsinin qarşısı alınıb.

Hadisə zamanı ev sahibi, 1962-ci il təvəllüdlü Şahin İbrahimov yanıq xəsarəti alıb.

Yanğının başvermə səbəbləri araşdırılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı