Modern.az

“Şollerin arxivi” filminə görə həm mükafat aldım, həm də iş təklifi - Cəlaləddin Qasımov

“Şollerin arxivi” filminə görə həm mükafat aldım, həm də iş təklifi - Cəlaləddin Qasımov

Aktual

6 Dekabr 2021, 14:08

““Şollerin arxivi” filmindən sonra dünyanın bir çox ölkəsindən festival təşkilatçıları filmlərimiz üçün bizə müraciət edib əlaqə saxlalayaraq, mədəniyyətimizi daha dərindən öy­rənmək istədilər. Bir çox “Lift-Off” və “Hollivud” film festivalları bizə münsif kimi iş təklifləri etdi. Onlardan biri də Hindistanın “Ayodhya Film Festivalı”dı”.

Bunu Modern.az saytına “Şollerin arxivi” filminin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov deyib.

O, Hindistanın “Ayodhya Film Festivalı”dan aldığı məktubu təqdim edib. Məktubda deyilir:

 
“Filmləriniz Hindistanın 15 illik “Ayodhya Film Festivalı”nda qalib oldu. Prestijli  Dr.Shantaram Əfsanəvi Mükafatına layiq görüldünüz. Bu mükafat Cafe İrani Fondu və Prof. Dr. Mansoor Showgi Yezdi tərəfindən  film dünyasına böyük töhfələri olan film direktorlarına təqdim olunur. Shantaram Hindistan Film dünyasının əfsanəsi sayılır.

Prof. Dr. Mansoor Showgi Yezdi bildirib ki, mükafatlar qalibi produsser-direktor Cəlaləddin Qasımovun Azərbaycan və qlobal film dünyasında böyük əməyi var”.

Cəlaləddin Qasımov:


“Son iki ildə beynəlxalq festivallarda 155 mükafat almışam. Ölkə başçısı cənab İlham Əliyevin almanların Azərbaycana gəlişinin 200 illiyi münasibəti ilə imzaladığı sərəncama uyğun olaraq, “Şollerin arxivi” filmini çəkdik. Film Alman-Azərbaycan dostluğundan, Azərbaycanın multikultural dəyərlərindən bəhs edir. Dünya mediasında, jurnallarda, saytlarda filmimiz barədə çoxsaylı yazılar yayımlandı. Dünya distribütorları tərəfindən filmlərimiz “iPitch.tv”, “Vimeo”, “Amazon” 17 platformasına yerləşdirildi. Qeyd edək ki, dünyada böyük marağa səbəb olan “Şollerin arxivi” bədii filmi Azərbaycan kino tarixində beynəlxalq festivallarda ən çox uğur əldə edən ekran əsərlərindəndir.


“Şollerin arxivi” filmindən sonra dünyanın bir çox ölkələrindən festival təşkilatçıları filmlərimiz üçün bizə müraciət etdi.

   
Daha sonra “Stalinin qaranlıq keçmişi”, “Nobel qardaşlarının ilk uğuru”, “100 illik şərəfli ömür” sənədli filmlərini istehsal etdik. Filmlər Avropada uğurlar qazandı.

   
Bir sözlə, bu filmlərlə Azərbaycan mədəniyyətini dünyaya tanıtmaq işinə gücümüz daxilində töhfələr verməyə çalışdıq. 

   
ABŞ Nümayəndələr Palatasının sponsorluğu ilə keçirilən festivalda qalib olduq, müvafiq jurnalda filmin adı qaliblər sırasında çıxdı. Konqresmen Jimmy Gomez tərəfindən imzalanmış diploma layiq görüldük.

    
Biz şəxsi mənafelərimiz və kommersiya məqsədi üçün yox, Azərbaycanı dünyada tanıtmaq üçün filmlər çəkirik və istəyimizə də nail oluruq. Filmlərin çəkilişlərini heç bir maddi dəstək olmadan öz hesabımıza aparmışıq”.

“Şollerin arxivi” bədii filmi dekabrın 8-də saat 21:20-də Mədəniyyət kanalında nümayiş olunacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi