Modern.az

Zəfər amnistiyası 3676 məhkuma şamil edilib

Zəfər amnistiyası 3676 məhkuma şamil edilib

6 Dekabr 2021, 14:55

Zəfər günü münasibətilə Amnistiya aktı qəbul edildikdən sonra aidiyyəti qurumlara tapşırıqlar verildi. Aktın qəbul olunmasından keçən bir ay ərzində bu akt 3676 məhkuma tətbiq edilib.

 

Modern.az-ın məlumatına görə, bunu Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi III dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayev bu gün 2021-ci il “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarın prokurorluq orqanları tərəfindən icrasına dair keçirilən brifinqdə deyib.

 

E.Musayev bildirib ki, aktın icra edildiyi cəzaçəkmə müəssisələrinin sayı 1506 olub:

 

“Bununla yanaşı məntəqə tipli cəzaçəkmə müəssisələrində, məhkəmələrdə də aktın tətbiq edilməsi təmin olunub.

 

Amnistiyanın tətbiq edildiyi müəssisələrin 58 faizindən çoxu Bakı şəhərinin payına düşür”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir