Modern.az

Amnistiya ən çox bu şəhərdə tətbiq olunub

Amnistiya ən çox bu şəhərdə tətbiq olunub

Aktual

6 Dekabr 2021, 15:11

“Bu günə qədər ümumilikdə 3676 nəfərə Amnistiya aktı tətbiq edilib ki, onlardan 2135 Bakının, 1541 nəfəri rayonların payına düşür. Amnistiya aktı ən çox Bakı şəhərində tətbiq edilir”.

 

Modern.az-ın məlumatına görə, bunu Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi III dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayev bu gün 2021-ci il noyabrın 5-də “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarın prokurorluq orqanları tərəfindən icrasına dair keçirilən brifinqdə deyib.

 

Prokurorluq rəsmisinin sözlərinə görə, buna səbəb cəzaçəkmə müəssisələrinin böyük əksəriyyətinin Bakıda yerləşməsidir:

 

“Amnistiya Aktının təxminən 58 %-i sırf Bakıda tətbiq olunub. Ən çox amnistiyanı tətbiq edən müəssisələr Bakı şəhər probasiya idarəsindədir”.

 

Onun sözlərinə görə, Amnistiya aktının icrasında ikinci yeri 7,26 faizlə (267) Salyanda yerləşən cəzaçəkmə müəssisələri tutur:

 

“Sumqayıt üzrə 161 (4,38 %), Xırdalan üzrə 148 (4,03 %), Gəncə 99 üzrə (2,69 %), Şəki üzrə 81(2,20 %), Xaçmaz üzrə 65 (1,77 %), Şəmkir üzrə 53 (1,44 %), Tovuz üzrə 50 (1,36 %), Qazax üzrə 45 (1,22 %) nəfərə amnistiya aktı tətbiq edilib”.

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır