Modern.az

Putinlə Baydenin görüş vaxtı AÇIQLANDI

Putinlə Baydenin görüş vaxtı AÇIQLANDI

Aktual

7 Dekabr 2021, 07:51

ABŞ və Rusiya Prezidentləri arasında bu gün baş tutacaq videogörüşün vaxtı açıqlanıb.

 

Modern.az-a Ağ Evə istinadən xəbər verir ki, görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

 

Vladimir Putin və Co Bayden arasında görüşün neçə saat davam edəcəyi barədə məlumat verilməyib.

 

Putin və Baydenin danışıqlar zamanı Avropa və Ukraynadakı vəziyyəti, eləcə də daha əvvəl əldə olunan razılıqların icrasını müzakirə edəcəyi gözlənilir.

 

Qeyd edək ki, Putin və Bayden arasında ilk danışıqlar iyunun 16-sı Cenevrə şəhərində keçirilib. Bu zaman liderlər arasında görüş təqribən 3 saat yarım davam etmişdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir