Modern.az

Cənubi Koreya edam cəzasına “hə” dedi

Cənubi Koreya edam cəzasına “hə” dedi

25 Fevral 2010, 16:06

Cənubi Koreyada qızğın müzakirə mövzusuna çevrilən edam cəzasının aradan qaldırılıb-qaldırılmaması məsələsinə son verilib. Modern.az xəbər verir ki, 4 turisti öldürdüyü üçün edam cəzasına məhkum edilən bir balıqçının üzərində başlayan müzakirələr Konstitusiya Məhkəməsinin (KM) qərarı ilə başa çatıb. Beləliklə, 9 üzvdən ibarət olan KM-in 5 üzvü edam cəzasının qalmasına səs verib. 4-ə qarşı 5 səs çoxluğu ilə çıxarılan qərarda edam cəzasının ölkə konstitusiyasına zidd olmadığı bildirilib və bu səbəbdən saxlanılması uyğun görülüb.

 

KM sözçüsü Noh Hee-bum qeyd edib ki, hazırda ölkədə 59 edam cəzasına məhkum olunmuş məhbus olsa da, sözügedən cəza növü tam təsdiqini tapmadığı üçün 1997-ci ildən bu yana heç bir hökm icra olunmayıb.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır