Modern.az

“Avropa-Azərbaycan Mədəniyyəti Cəmiyyəti” İctimai Birliyi təsis edildi

“Avropa-Azərbaycan Mədəniyyəti Cəmiyyəti” İctimai Birliyi təsis edildi

Qarabağ

25 Fevral 2010, 16:17

 “Avropa-Azərbaycan Mədəniyyəti Cəmiyyəti” İctimai Birliyinin təsis yığıncağı keçirilib. Bu barədə Modern.az-a məlumat verən cəmiyyətin sədr müavini Nizami Məmmədovun sözlərinə görə, cəmiyyətin yaradılmasında məqsəd Azərbaycan-Avropa mədəni dostluq əlaqələrini inkişaf etdirmək, milli mədəni dəyərlərimizin, həmçinin Azərbaycanın turizm imkanlarının Avropa ölkələrində, Avropa mədəni dəyərlərini isə Azərbaycanda təbliğ etməkdir.

Bu məqsədə çatmaq üçün Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə, Avropa ölkələrinin mədəniyyət və turizm nazirliklərilə, həmçinin Avropada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları ilə, Avropa ölkələrinin Azərbaycandakı səfirlikləri və müxtəlif təşkilatlarla sıx əməkdaşlıq etməyi planlaşdırdıqlarını söyləyən Nizami Məmmədov artıq iki layihə üzərində çalışdıqlarını da qeyd edib.

Təsis yığıncağında cəmiyyətin strukturu müəyyənləşib, Xürrəm Nəbiyev təşkilatın sədri seçilib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi