Modern.az

“Yeni Azərbaycan” qəzeti layihəsinin icrasına başlayıb

“Yeni Azərbaycan” qəzeti layihəsinin icrasına başlayıb

16 Sentyabr 2009, 20:10

Sentyabrın 16-da “Yeni Azərbaycan” qəzeti Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasına informasiya dəstəyi” layihəsinin icrasına start verilməsi ilə bağlı tədbir keçirib.
Tədbirdə çıxış edən qəzetin baş redaktoru, layihənin rəhbəri Hikmət Babaoğlu deyib ki, regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramının icrası nəticəsində ölkəmizin bütün regionlarında böyük canlanma yaranıb, rayonlarda yeni müəssisələr, fabriklər yaradılıb, ən yüksək səviyyədə tikinti-quruculuq və abadlıq işləri aparılıb.
Layihə rəhbərinin sözlərinə görə, mətbuatda və cəmiyyətdə gedən müzakirələrin monitorinqi təsdiqləyir ki, yeni Dövlət Proqramı ölkəmizin hərtərəfli inkişafının təmin olunması baxımından böyük əhəmiyyət kəsb edir.
Layihənin məqsədi yeni Dövlət Proqramının icrası prosesində informasiya-məlumat təminatının təşkil edilməsindən ibarətdir.
Daha sonra layihə rəhbəri görüləcək işlər haqqında ətraflı məlumat veribr.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun nümayəndələri də iştirak ediblər. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi